Bazar ertəsi , May 27 2024
Ana səhifə / Siyasət / ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.

“Biz Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul etməsi xəbərini alqışlayırıq. Bu, uzunmüddətli və ləyaqətli sülh sazişi yolunda mühüm addımdır”, – o bildirib.

Patel həmçinin qeyd edib ki, qurum ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona mümkün səfəri ilə bağlı hələlik hər hansı açıqlama vermək niyyətində deyil.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, bir sıra razılıq əldə olunub.

Həmçinin oxuyun

Rəsmi Bakı Fransanı hədələdi

Fransa tərəfi əmin olmalıdır ki, Azərbaycana qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar …