Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Abid Şərifovun Pekində səhhətində kəskin problemlərin yaranması təsdiqlənir

Abid Şərifovun Pekində səhhətində kəskin problemlərin yaranması təsdiqlənir

Noyabrın 26-də Pekində keçirilən Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclasında Azərbaycanı təmsil edən baş nazirin müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mediada yayılan məlumat rəsmən təsdiqlənməsə də, proseslər bunun real olduğunu göstərir.
Məlumatda qeyd edilirdi ki, həmin görüşdən sonra Abid Şərifovun səhhətində kəskin problemlər yaranıb. Buna görə də nümayəndə heyətinin üzvləri Bakıya qayıtsa da, o, nəzərdə tutulan zamanda dönə bilməyib. Abid Şərifovun şəkər və qan təzyiqi xəstəliklərindən əziyyət çəkdiyi bildirilir. Görüşdən sonra onun vəziyyəti də məhz bu xəstəliklər səbəbindən pisləşib və Pekində xəstəxanaya yerləşdirilib.
Baş nazirin müavinin səhhəti ilə bağlı müxtəlif mənbələrdən məlumat əldə etmək istəyimiz baş tutmayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli kimi Modern.az saytına bildirib ki, nazirliyin mətbuat xidmətinə Abid Şərifovun səhhəti ilə bağlı məlumat daxil olmayıb.
Lakin diqqət çəkən bir məqam…
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında imzaladığı sərəncamla müəyyən edilən üzvlər arasında Abid Şərifovun adı yoxdur.
Nəzərinizə çatdıraq ki, Azərbaycanda baş hər hansı fövqəladə hal və ya qəza ilə bağlı ölkə başçısının xüsusi komissiya yaradılması haqqında sərəncamlarında Abid Şərifovun adı mütləq olub…
moderator.az

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın