Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Abid Şərifov üzə çıxdı – Foto

Abid Şərifov üzə çıxdı – Foto

Bir neçə gün əvvəl səhhətinin pisləşdiyi haqqında informasiya yayılan Baş nazirin müavini Abid Şərifov üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, A. Şərifov bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda iştirak edib.

Qeyd edək ki, ürəyində problem yaranan Şərifovun İsraildə müayinə olunduğu bildirilirdi.  Onun ölkədə olub-olmadığı barədə isə məlumat yox idi.

Fotoda Abid Şərifovu Baş nazir Artur Rasi-zadənin yanında görmək mümkündür. 

 

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın