Çərşənbə , Mart 3 2021
Ana səhifə / Siyasət / “Abid Şərifov, oğurluğun xırdası və irisi olmur, hamısı oğurluqdur…”

“Abid Şərifov, oğurluğun xırdası və irisi olmur, hamısı oğurluqdur…”

Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun “Səki Park” otelinə sahib olması ilə bağlı məlumat yayılıb. Qeyd edək ki, “Səki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1, 2 və 3 otaqlı koteclərdən ibarətdir. 

Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var. Abid Şərifov reaksiyası belə olub. “Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?”.

“Yeni Sabah” xəbər verir ki, məlumata reaksiya verən iqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, Abid Şərifovun açıqlamasından belə nəticə çıxır ki, məndən niyə yazırsınız məndən də böyükləri var, gedin onlardan yazın. 

“Yəni onu məntiqi ilə balaca oğurluq (əgər “Şəki Park”a balaca demək mümkündürsə) deyil, oğrular daha böyük biznesə malik olanlardır. Baxın, bu təfəkkürün sahibi Azərbaycanda 23 il baş nazirin müavini vəzifəsində çalışıb. 

Abid Şərifov, oğurluğun xırdası və irisi olmur, hamısı oğurluqdur, cinayətdir, o sıradan da nəvənin tikdikləri də sənin xalqdan və dövlətdən oğurladığın vəsaitlərin hesabınadır. Çox böyük ehtimalla “Səki Park” oteli sizin oğurladığınızın çox xırda hissəsinə başa gəlib, necə deyərlər babadan nəvəyə “pay” olub, amma böyük günah edib, onu da haram işlərinizə qarışdırırsınız, pulun var ona yaxşı təhsil verin ki, sizdən sonra daimi gərəyi olsun. Yoxsa, bu hakimiyyət dövründə “Səki Park” otelini də siz öləndən sonra nəvənizin əlinizdən alacaqlar. Sadəcə indiki pandemiya dövrünə hotellər hələ heç kimi maraqlandırmır. 

Sonda istərdim ki, Allahda sizə daha uzun ömür arzulayım ki, Azərbaycan xalqı sizin dövlətdən mənimsədiklərinə görə ədalət məhkəməsində mühakimə olunmağınızı görsün. Yoxsa, rahat yaşayıb, asan ölməyiniz çox böyük ədalətsizlik olardı”. 

Həmçinin oxuyun

YAP-ın yeni icra katibi kim ola bilər?

Sfera.az-a daxil olan məlumata görə, Mübariz Qurbanlı YAP-ın icra katibi vəzifəsində Əli Əhmədovu əvəzləyəcək. Hal-hazırda …