Ana səhifə / Siyasət / Abbas Abbasovun ABŞ-a köçməsi xəbəri yayıldı

Abbas Abbasovun ABŞ-a köçməsi xəbəri yayıldı

Azərbaycan Baş nazirinin sabiq birinci müavini, 2005-ci ildən bəri Rusiyada yaşayan Abbas Abbasov barəsində yeni məlumat daxil olub

Məlumata görə, son vaxtlar Rusiyada işləri yaxşı getməyən Abbas Abbasov çalışdığı AST Şirkətlər Qrupundan ayrılaraq, ABŞ-a köçüb.

Abbas Abbasova yaxınlığı olan mənbələrlə əlaqə saxlamaq mümkün olmayıb.

Ötən ilin sonlarınadək Rusiyada aktiv ictimai və siyasi fəaliyyəti ilə tez-tez gündəmə gələn Azərbaycan Baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun son vaxtlar bu işlərdən tamamilə kənara çəkildiyi, yalnız bizneslə məşğul olduğu söylənilir.

Xatırladaq ki, A.Abbasova ötən ilin sonlarınadək Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (“AzerRos”) Ağsaqqallar Şurasının sədri postunu tuturdu, sonar bu vəzifədən və ümumiyyətlə təşkilatdan istefa verdi. O, bir müddət Rusiyada Azərbaycan əsilli iş adamlarının yaratdığı “Milyarderlər ittifaqı”nın üzvü olub,

Abbas Abbasov uzun müddətdir Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılovun təsisiçisi olduğu AST Şirkətlər Qrupunun vitse-prezidentidir. Amma son vaxtlarT.İsmayılovun da işləri yaxşı getmir. Ona qarşı Rusiya hakimiyyətindən təzyiqlərin artması nəticəsində İsmayılovun “Çerkizovsk” bazarı bağlandı, biznesinə əngəllər yaradıldı və nəhayət sıxışdırılıb Rusiyanın biznes-elitasından çıxarıldı.(modern.az)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın