Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Abbas Abbasovla şəriklikdə hallanan deputat danışdı

Abbas Abbasovla şəriklikdə hallanan deputat danışdı

Mahir Aslanov: “Heç onun deputat oğlu Aydın müəllimlə də münasibətim yoxdu”

Bu günlərdə bəzi saytlar deputat Mahir Aslanovla bağlı xəbər yayıblar. Xəbərdə bildirilir ki, o, növbəti parlament seçkilərində namizədliyini 96 saylı Goranboy-Naftalan seçki dairəsindən irəli sürmək istəyir. Bunun üçün M.Aslanovun adamları prosedura uyğun olaraq imza yığırlar. Məlumata görə, seçiciləri ona imza verməkdən imtina ediblər. Buna səbəb kimi deputatın 5 il ərzində öz seçicilərinin problemləri ilə maraqlanmaması göstərilir.

Mətbuat həmçinin yazıb ki, Mahir Aslanov qanunları pozaraq biznes fəaliyyətini də davam etdirir. 1949-cu ildə anadan olan Mahir Aslanov parlamentin Aqrar siyasət komitəsinin üzvüdür. Bu şəxs “Kəpəz Group”un sahibidir. Deputat tikintidən tutmuş mebel sahəsinə qədər bir çox sahələr üzrə biznes fəaliyyəti göstərir. Bu şirkət tikinti, mebel, restoran, mehmanxana biznesi, həmçinin təmir-dizayn sahələri üzrə ixtisaslaşıb. Şirkət Almaniya, Türkiyə, BƏƏ, Rusiya, Rumıniya ilə güclü əlaqələr qurub.

Deputatın onlarla iri yük daşıma ilə məşğul olan TIR-larının olduğu bildirilir. Həmçinin, Həsən Əliyev küçəsində yerləşən “Kəpəz Mebel Evi”nin də ona məxsus olduğu haqda iddialar var. O da bildirilir ki, deputatın Bakıda bir neçə çoxmərtəbəli binaları var.
Saytlar daha sonra yazır ki, deputat Nəsimi rayonunda 50-yə yaxın ailənin yaşadığı evi təhlükə altında qoyaraq, sözügedən ünvanda özünə məxsus iki villanı uçurdub, yerində beş ulduzlu hotel tikdirib.

Amma açıqlamasında deputat bu binanın otel deyil, beşmərtəbəli yaşayış binası olduğunu, birinci və ikinci mərtəbələrinin ticarət mərkəzləri, qalanlarının isə ev, ofis olduğunu söyləyib.
Onun ən gəlirli obyektinin isə Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən “Happy inn” oteli olduğu vurğulanır. Bu otel vasitəsilə M.Aslanov il ərzində külli miqdarda gəlir götürür. Xüsusən ölkəmizə gələn idmançılar, futbol klubları məhz bu oteldə yerləşdirilir.

Deputatın baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovla da şərikli biznesinin olduğu haqda məlumatlar var. M.Aslanovun Abbas Abbasovun Rumıniyadan ölkəyə gətirdiyi mebellərin satışını həyata keçirdiyi bildirilir.

Haqqında yazılanlara münasibətini öyrənmək üçün musavat.com-un əməkdaşı M.Aslanovla telefon əlaqəsi saxlayıb.

Deputat deyib ki, seçiciləri onu boykot edib-etmədiyini seçkilər göstərəcək: “Hamı bilir ki, mən kiməm. Mən Abbas Abbasovla bağlı danışmaq istəmirəm. 66 yaşım var, barəmdə kim nə yazır, yazır də. Mənim Abbas Abbasovla tanışlığım belə yoxdur, o ki qalmışdı onunla şərik olam. Heç onun deputat oğlu Aydın müəllimlə də münasibətim, salam-əleykim yoxdur. Baxmayaraq ki, 5 ildir deputatıq. Çox adam çox şey yaza bilər. Mən özümə arxayınam, kim nə istəyir yazsın”.

 

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın