Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “AAAF” bütün müştəriləri aldadıb – Məhkəmə

“AAAF” bütün müştəriləri aldadıb – Məhkəmə

“AAAF İnşaat” MMC ilə bağlı şikayətlərin ardı arası kəsilmir. Artıq bu şrikətlə bağlı ölkədə, xüsusiylə paytaxta geniş narazı kütlə yaranıb.

AzNews.az “AAAF Park” Yaşayış Kompleksinin bəzi binalarında prezidentin xüsusi göstərişinin əksinə olaraq 2 binanın yanmasına, 16 insanın ölümünə, onlarla insanın yaralanmasına səbəb olan penoplast materialın hələ də istifadə olunması ilə bağlı xəbər vermişdi.

Bundan sonra sosial şəbəkədə şirkətin fəaliyyəti ətrafında geniş müzakirələr yaranmışdı. Tele-aparıcı Aynur Talıbova şirkəti fırıldaqçılıqda ittiham edib, ünvanına ağır ittihamlar irəli sürmüşdü.

(XəbəriBURADANoxuya bilərsiniz)

AzNews.azxəbər verir ki, tanınmış tele-jurnalist Xəyal Azəroğolu da “AAAF Park”-ı fırıldaqçılıqda ittiham edərək, şirkəti məhkəməyə verməyə hazırlaşır. O özü bu barədə sosial şəbəkədə məlumat verib.

X.Azəroğlu öz profilindı yazıb ki, şirkət fırıldaqçılıq yolu ilə 58 kvadrat metr evi ona 68 kvadrat metr kimi satıb. Bu isə itirilən 6500 manat deməkdir.

“AAAF PARK-ı məhkəməyə verməyə hazırlaşıram. 68 kvadratmetr ev almışdım, indi təmirə başlamışam. Ustalar evin kvadratını ölçəndən sonra məlum oldu ki, mənzilin sahəsi 68 yox, 58 kavdarmetrdir. Maraqlandım, dedilər ki, mənzilin kvadratını hesablayanda divarları da nəzərə alırlar. Deməli mən divara görə AAAF PARK-a 6500 manat əlavə pul ödəmişəm. Sənəddə ev 68 kavdarmetr olaraq göstərilir və heç bir yerdə bununla bağlı məlumat öz əksini tapmayıb. Bu özbaşınalığa son verməyin vaxtı gəlib çatıb”.

Bundan sonra əməkdaşımız zərərçəkmişlə əlaqə saxlayıb.

Məsələylə bağlı açıqlama verən Xəyal Azəroğlu bildirib ki, vəkillərlə danışıb və qanunlar da bu məsələdə onun haqlı olduğunu, şirkət tərəfindən aldadıldığını deyir:
“Qanunları araşdırmışam, qanunvericilkdə də nəzərdə tutulub ki, mənzillərin sahəsi hesablanarkən divarlar nəzərə alınmamalıdır. Hətta AAAF Parkın mətbuat katibinə də zəng eləmişəm və o da mənim haqlı olduğumu dedi. Mənzili alan zaman satış təmsilçiləri bu haqda mənə heç bir məlumat vermədilər, şirkətlə bağladığımız müqavilədə də bunan bağlı heç bir bənd yoxdu. Onlar sonradan ayıldılar, tez müqaviləyə yeni bənd əlavə etdilər. Amma mənimlə bağlanan müqavilədə divarların da hesablanması ilə bağlı heç bir bənd yoxdur”.

Məsələylə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin xüsusi bəndlərini təqdim edirik, orda açıq aydın göstərilir ki, yaşayış mənzillərinin ümumi sahəsi hesablanarkən divarlar nəzərə alınmır:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-c maddəsinin tələbinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

Məcəllənin 59-3-cü maddəsinin tələbinə əsasən isə yaşayiş binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Bunula belə nəzərə alınmalıdır ki, mənzilin ümumi sahəsinin ölçülərinə təsir edən müəyyən azalma əmsalları nəzərdə tutulub ki, MTK-lar tərəfindən payçılara satılan mənzillərin ümumi sahəsi məhz həmin azalmalar nəzərə alınaraq hesablanmalı və mənzilin dəyəri həmin azalma əmsalları nəzərə alınaraq ödənilməlidir.

Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir.

Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar – 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.

Bu, o deməkdir ki, məsələn 1 kv.metr balkon və terrasın sahəsi 0,3 kv.m kimi hesablanmalıdır. Müvafiq olaraq, mənzilin digər komponentlərində də göstərilən əmsallara uyğun hesablama aparılmalıdır.

Qeyd edək ki, son zamanlar mediada yer alan “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun radikal dini cərəyanlara, xüsusən vəhhabilər “yaşıl işıq” yandırması, uzun müddət Abşeronda və Xırdalanda vəhhabi məzhəbindən olan şəxslərə maliyyə yardımları göstərməklə yanaşı, bu dini cərəyanların nümayəndələrinin işlə, yaşayış yeriylə təmin olunmasında, eləcə də, onların təhlükəsizliyinin təmin edilməsində ağsaqqallıq missiyasını yerinə yetirməsi, qatı dindar olan Heydərovun rəhbəri olduğu obyektlərin əksər işçilərinin məhz vəhhabi məzhəbinin nümayəndələrinin olması, Beynəlxalq Bankla “AAAF İnşaat” MMC arasında olan qanunsuz biznes əməkdaşlığının ifşa olunması və AZAL prezidenti Cahangir Əsgərovun hakimiyyətdəki dayaqlarını itirməsi, fəaliyyətinin təftişə başlanılması ilə bağlı yayılan xəbərlərin fonunda, “AAAF Park” yaşayış kompleksinin fəaliyyətini dayandıracağı iddia edilir.*9-++

3.61

 

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın