Ana səhifə / Siyasət / 91 dollara saxta iPhone 6S satılır

91 dollara saxta iPhone 6S satılır

«Apple» şirkətinin «iPhone 6S»i təqdim etməsindən sonra saxta telefon istehsalçıları da məhsullarını yeniləyiblər. Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, məşhur markaların saxta nüsxələrinin çıxarılmasıylə məşhur olan Çində «iPhone 6S»nın da saxta variantının buraxılmasına və satışına başlanıb.
Belə ki, Çinin cənubundakı Şenzhen şəhərində saxta «iPhone 6S»lar satılmağa başlanıb. Hələlik satışlar aşkar yox, gizli aparılır. «iPhone 6S»in saxta variantını texnologi məhsulları satılan mağazadan tanışlıqla almaq olur. 91 dolardan satılan saxta «iPhone 6S» öz orijinalından az qala 10 dəfə ucuzdur. Telefon iOS görüntüsü olan «Android» əməliyyat sistemində çalışır. Saxta «iPhone 6S» öz qiymətini və reputasiyasını tamamilə doğruldur – bu telefonlar yavaş işləyir və olduqca pis şəkillər çəkirlər. Əvəzində onların görünüşü əsl «iPhone 6S»ları 99% təkrarlayır. Saxta telefonlara marağı artıran da məhz bu görünüşdür. Belə ki, indiyədək yüzlərlə saxta «iPhone 6S» satılıb.

Həmçinin oxuyun

Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir – Sabir Rüstəmxanlı

Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi …

Bir cavab yazın