Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Siyasət / “8 Noyabr şəhidlərimizin Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazdığı gündür”

“8 Noyabr şəhidlərimizin Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazdığı gündür”

Azərbaycan Milli İstiqlal Partiyası Zəfər günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “XX  əsrin  80-ci  illərinin  sonları, 90-cı  illərinin  əvvəllərində  Ermənistan  Azərbaycanın  tarixi  torpaqlarına  açıq formada  ərazi  iddiaları  ilə  çıxış  etmiş  və  ölkəmizə  qarşı hərbi  təcavüzə  başlamışdır. Nəticədə ayrı-ayrı ölkələrin dəstəyi ilə torpaqlarımızın  20%-i  işğal  edilmiş,  Ermənistanın  həyata keçirdiyi  etnik  təmizləmə  siyasəti  nəticəsində  1  milyondan  artıq  azərbaycanlı  öz  doğma  yurd-yuvasından  didərgin düşmüşdür.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin  həyata  keçirilməsi  üzrə  30  ilə yaxın davam edən  danışıqlar  prosesi  Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.

Keçən ilin 27 sentyabr tarixində Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində nəhayət ki, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmuş, erməni vandalizminə və şovinizminə sarsıdıcı zərbə endirilmişdir. Bununla da Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması ilə əlaqədar tarixi missiya yerinə yetirilmişdir.

Xalq-dövlət və xalq-ordu birliyinin təntənəsi olaraq tarixə düşən 8 Noyabr Zəfəri şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə terrorları zamanı həlak olan günahsız insanların qanlarının yerdə qalmadığını təsdiqləyən 44 günlük qəhrəmanlıq salnaməsinin parlaq ifadəsi, xalqımızın vətən sevgisinin, mübarizə əzminin, yumruq kimi bir olmasının nümayişi günüdür.

8 Noyabr Zəfər günü, Qarabağın sadəcə torpaq deyil, həm də xalqımızın ləyaqəti, şərəfi olduğunu yaxşı bilən, Vətən savaşında misilsiz qəhrəmanlıqlar, yüksək vətənpərvərlik ruhu, torpağa, dövlətə sonsuz sevgi nümayiş etdirən əsgər və zabitlərimizin, qazi və şəhidlərimizin Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazdığı gündür. Bu gün erməni faşizmi üzərində qələbənin Şuşa zəfəri ilə taclandığı gündür.

Azərbaycan Milli İstiqlal Partiyası Vətən müharibəsində həlak olmuş bütün şəhidlərin xatirəsini ehtiramla yad edərək, qazilərimizə Allahdan şəfa diləyir və bütün xalqımızı bu şərəfli gün münasibətilə təbrik edir!”.

Həmçinin oxuyun

Azərbaycan – İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi …