Bazar , Sentyabr 22 2019
Ana səhifə / Siyasət / 700 bal toplayan Naxçıvan sakini Əli: “Cənab Vasif Talıbov hər il…” (Fotolar)

700 bal toplayan Naxçıvan sakini Əli: “Cənab Vasif Talıbov hər il…” (Fotolar)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. İmtahan nəticələrinə görə 9 nəfər 700 bal toplayıb.
700 bal toplayanlardan 7 nəfəri I qrupun, 2 nəfəri IV qrupun abituriyentləridir.
Maksimum nəticə tolayan abituriyentlərdən biri də Naxçıvanın Şərur rayonu Zeyvə kəndində yaşayan Əli Allahverdiyevdir.
Əli Allahverdiyev Musavat.com-a açıqlama verib. Ən böyük dəstəyi ailəsindən gördüyünü deyən Əli bu nəticəni gözlədiyini de dedi: “Sınaq imatahanlarından nəticələrim yaxşı olurdu. Bu nəticəni gözləyirdik. Ailəm həmişə yanımda olub. Onlar indi çox sevinirlər”.
Əli onu təbrik edənlər arasında dostları, qohumları ilə yanaşı təhsil şöbəsinin də əməkdaşlarının olduğunu bildirdi: “Naxçıvan təhsil naziri, nazirin müavini, Şərur rayon təhsil şöbəsinin işçiləri də məni təbrik edib”.
Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbovun hər il yüksək nəticə göstərən məzunlarla görüşüb, onları təbrik etdiyini deyən Əli Allahverdiyev sədrin onu da təbrik edəcəyinə inanır.
Gələcəkdə təhsilini Bakı Ali Neft Məktəbində davam etdirmək istədiyini deyən Əli xaricdə təhsil almaq istədiyini dedi.
Əli 6 il Zeyvə kənd tam orta məktəbində oxuyub. 4 il Şərur Türk Liseyində təhsil alıb. Türk liseyləri bağlandıqdan sonra Əli sonuncu- 11-ci sinifi kənd məktəbində davam etdirib.
Ailədə 3 qardaşdılar. Böyük qardaşı evlidir, amma işsizdir. Ortancıl qardaşı isə Naxçıvan Texniki Kollecində oxuyur. Atası Naxçıvan Dövlət Dəmiryol İdarəsində maşinist işləyir. Anası isə evdar qadındır.
Əli lisyedə təhsil aldığı müddətdə bir sıra beynəlxalq fənn olimpiyadalarında da uğurlu çıxış edib. O, respublika üzrə riyaziyyat olimpiadasında gümüş medal, Nigeriyada fənn olimpiadasında qızıl medal, Türkiyədə riyaziyyat üzrə olimpiadada isə 2 qızıl, 2 bürünc medal qazanıb.






 

Həmçinin oxuyun

Ermənistan XİN:”Dilqəm və Şahbaz girovluqdan azad edilə bilər”

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasaknyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsində ölkəsinin müdafiə naziri …

Bir cavab yazın