Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / 700 bal toplamış ” 8 Abituriyent” Bakı Mühəndislik Universitetində tədris sistemi ilə tanış olublar

700 bal toplamış ” 8 Abituriyent” Bakı Mühəndislik Universitetində tədris sistemi ilə tanış olublar

Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında 700 bal toplamış Xalidə Əliyeva, Elmir Əhmədov, Mahirə Əsədzadə, Eldar Əfəndiyev, Nemət Yusifov, Səbinə İsmayılova, Cavad Əliyev və Arzu Məmmədzadə Bakı Mühəndislik Universitetində olublar. Universitetin rektoru, professor Havar Məmmədov həmin abituriyentlər və onların valideynləri ilə görüş keçirib. Ümummilli Liderimiz Heydər Əliyevin və Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına və savadlı gənclərin yüksək səviyyədə təhsil almalarına olan diqqət və qayğısından danışıb. Bu gün ölkəmizdə təhsilin bütün pillələrində və eləcə də qəbul imtahanlarında şəffaflıq, obyektiv qiymətləndirmə mövcuddur. Bunun bariz nümunəsi sizlərsiniz. 21-ci əsr texnologiyalar əsri olması, ölkəmizdə yeni sənaye sahələrinin açılmasını nəzərə alsaq mühəndislik ixtisaslarına olan ehtiyacı və onun önəmini anlayarıq.

Rektor Havar Məmmədov, BMU-da olan mühəndislik və iqtisadiyyat üzrə ixtisaslar və bu ixtisaslar üzrə yüksək səviyyəli kadr hazırlığı üçün universitetin maddi-texniki bazası və akademik heyəti haqqında məlumat verib. Qeyd edib ki, universitetdə tələbələrə yüksək səviyyəli tədris verməklə yanaşı müasir dizaynda hazırlanmış yataqxana ilə təmin olunub və asudə vaxtlarının səmərəli keçirmələri üçün şərait yaradılıb. Tələbələrə yaradımış şəraitin nəticəsidir ki, onlar olimpiadalarda, bədii öz fəaliyyət festivallarında fəxri kürsünün ən yüksək pillələrinə qalxırlar. Rektor BMU-nun orta məktəblərlə olan əlaqələrindən, xüsusən Zərifə Əliyeva adına liseylə bağlanmış müqaviləyə əsasən görülən işlərdən danışıb.
BMU-nun prorektorları professor Həmzağa Orucov, Dr. Bayram Hüseynzadə və Dr. Azər İmanquliyev abituriyentlərə və onların valideynlərinə ixtisas seçimində diqqət etməli olduqları məsələlərlə bağlı tövsiyyələrini veriblər.
Valideynlərdən Məhəbbət Əsədzadə bir övladının BMU-da təhsil aldığını, universitetin onun övladının formalaşmasındakı rolunu yüksək qiymətləndirib və minnətdarlığını bildirib.
Sonda qonaqlar universitetin kitabxanası, laboratoriyaları və yataqxanası ilə tanış olublar. Gördükləri şəraitə heyran olduqlarını və dəvət üçün universitetin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın