Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Siyasət / 6 türkdilli ölkə Putinin sözü ilə Türkiyənin üzünə “ağ oldu”

6 türkdilli ölkə Putinin sözü ilə Türkiyənin üzünə “ağ oldu”

Rusiyanın türkdilli federasiya subyektləri TÜRKSOY təşkilatı ilə əməkdaşlığı dayandırmağa başlayıb. Rusiya mətbuatının verdiyi məlumata görə, artıq Xakasiya və Tıva respublikaları bu təşkilatla əlaqəni kəsdiklərini bəyan edib.
“Biz Rusiya Mədəniyyət Nazirliyinin mövqeyini dəstəkləyirik və bu təşkilatla bütün əlaqələri dərhal dayandırırıq. Daha əvvəl biz beynəlxalq televiziya musiqi yarışması olan “Türkvision”da iştirak edirdik. İndi biz bu sahədə də əməkdaşlığı davam etdirməyi düşünmürük”, – deyə Xakasiya mədəniyyət nazirinin müavini Yuliya Troşkina deyib. Eyni zamanda, Tıva vilayətinin mədəniyyət nazirinin müavini Vera Lapşakova da gələn illərdə TÜRKSOY-la heç bir layihə planlaşdırmadıqlarını açıqlayıb.
Məlumdur ki, bu hadisə Rusiya ilə Türkiyə arasında yaşanan təyyarə qalmaqalından sonra baş verib. Əslində, xalqların mehribanlaşması və soy-kökünü dərk etməsi istiqamətində ortaya atılan birliyə inzibati amillərlə müdaxilənin olması şübhəsizdir.
Bu amili nəzərə alsaq, Rusiyanın öz daxilində olan türkdilli respublikalara bu cür təzyiqin edilməsi nə dərəcədə doğrudur?
Türkoloq Mirvari Həsənli qəzetimizə açıqlamasında bildirdi ki, TÜRKSOY-la əməkdaşlığın kəsilməsində daha çox siyasi çalarlar özünü göstərir: “Niyə məhz indi? Bəllidir ki, Rusiyada olan türkdilli respublikalara bu əmr yuxarıdan verilib. Onları da qınamaq olmaz. Çünki Rusiya kimi nəhəng bir dövlətin caynağı altındadırlar. Amma mən bunu tamamilə yanlış bir addım hesab edirəm. Çünki siyasətlə mədəniyyəti bir-birinə qarışdırmaq olmaz. Baş verən diplomatik qalmaqal yaxın zamanlarda yoluna qoyula bilər, amma mədəniyyətə vurulan zərbə gec sağalır. TÜRKSOY-un fəaliyyətinin ən çox xeyri elə həmin kiçik xalqlara dəyirdi. Onların öz soy-kökünün dərk edilməsi, mədəniyyət nümunələrinin, dillərinin inkişafında həmin qurumun müstəsna xidmətləri vardı. Bunun Türkiyəyə heç bir təsiri olmayacaq. Əksinə, bunun Rusiyanın imicinə mənfi təsiri var ki, gör neçə çılız metodlarla mübarizə aparır. Türkiyədə çoxlu sayda rus qadınları var ki, türklərlə ailə qurub. İndi siz təsəvvür edin ki, Türkiyə onların ölkədən çıxarılmasına dair göstəriş verir. Təbiidir ki, bu qınanılar. Rusiyanın Türkiyə ilə aralarında yaranan qalmaqalın heyfini hansısa xalqlardan çıxması gülünc görünür”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Parlamentdə koronavirus müzakirələri

Noyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirdi …

Bir cavab yazın