Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / 50 sığorta agentinin lisenziyası dayandırıldı – Palatadan qərar

50 sığorta agentinin lisenziyası dayandırıldı – Palatadan qərar

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılıb və iki fiziki şəxsə verilmiş lisenziyaları ləğv edilib.
Palatadan Mia.az-a verilən xəbərə görə, Direktorlar Şurasının iclasında Sığorta bazarına nəzarət departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib.
Lisenziyaların dayandırılmasına səbəb sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” qanunun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.
İclasda, həmçinin Şahzadə Emin Şahgəldi oğlu və Qubadov Elxan İlham oğlunun MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın