Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / 5 yaşlı Kənanın ölümünə “Novakain” səbəb olub – Ekspertiza açıqladı

5 yaşlı Kənanın ölümünə “Novakain” səbəb olub – Ekspertiza açıqladı

Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümünün ilkin səbəbini açıqlayıb.

“ Azinforum.az ” xəbər verir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, meyit üzərində aparılan ilkin müayinə zamanı gəlinən nəticəyə əsasən, ölümə səbəb anafilaktik şok olub. Şok uşağa “Novakain” dərmanının vurulmasından yaranıb:

“Ölüm qorxudan baş verməyib. Uşaqda “Novakain”ə qarşı reaksiya baş verib. Uşağın sağlamlığı ilə bağlı başqa problem olmayıb”.

Qeyd edək ki, K.Hüseynov Masallının Musaküçə kəndində təqaüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət edilərkən dünyasını dəyişib. Onun ailənin tək uşağıdır.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın