Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / 5 ölkəyə nəzarəti ələ keçirən İranda “Dərviş qiyamı” – ŞƏRH

5 ölkəyə nəzarəti ələ keçirən İranda “Dərviş qiyamı” – ŞƏRH

Bu gün İrana qarşı aparılan siyasət Yaxın Şərqdə baş verən proseslərlə əlaqədardır.

Bu sözləri Axar.az-a açıqlamasında ABŞ-ın Yaxın Şərq siyasətini şərh edən analitik Vüqar Zifəroğlu bildirib. Onun sözlərinə görə, Ərəb baharından sonrakı dönəmdə İran kifayət qədər öz mövqelərini gücləndirə bilib:

“Bu gün İran istər İraqda, istərsə də Suriyada faktiki olaraq, siyasi iqtidara tam nəzarət edə biləcək gücə malikdir. Əlavə olaraq, İran Livana nəzarət edir və öz ətrafında bir həlqə formalaşdırmağa müvəffəq olub. Bundan başqa, Bəhreyndə və Yəməndə də bu gün İranın çox ciddi təsir gücü var. Bütün bunlar Yaxın Şərqdə marağı olan gücləri və ərəb ölkələrini də narahat etməyə bilməz”.

Analitik qeyd edib ki, buna baxmayaq, Qərb, ABŞ, İsrail və İrana qarşı olan digər güclərin hər hansı hərbi müdaxilə edəcəyini düşünmür:

“Hətta Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da ABŞ-a səfəri zamanı yaxın 10-15 il ərzində belə bir müharibə ola biləcəyini qeyd etmişdi. Çünki hazırda istər Əfqanıstanda, istər İranda, istər Suriyada baş verən bütün bu iğtişaşların fonunda İran kimi böyük əraziyə malik və kifayət qədər mürəkkəb sosial-siyasi mühitə sahib olan bir ölkəyə hər hansı hərbi müdaxilə etməklə qarışıq olan bir vəziyyəti daha da qarışdırmağı heç bir dövlət istəməz. Yəni bu mənada yaxın gələcəkdə İrana hərbi müdaxilə edilməyəcək”.

Analitikin sözlərinə görə, ola bilər ki, burada başqa məqamlar ortaya çıxsın:

“Maraqlı güclər İranı öz daxilindən zəiflətməyə cəhd edə bilər. Son bir ayda İranın daxilində çox ciddi proseslər gedir. Bu yaxınlarda İranda baş verən “Dərvişlərin qiyamı” kifayət qədər ciddi məsələ idi. Bundan başqa, hazırda İranda qadın örtüyü əleyhinə hərəkat davam etməkdədir. Bununla bağlı demək olar ki, hər gün ölkədə bir neçə qadın həbs olunur. Eyni zamanda, İranın ərəblər yaşayan bölgələrində tez-tez müəyyən toqquşmalar baş verir. Bir sözlə, bu gün İran cəmiyyətinin özündə çox ciddi və maraqlı bir proses getməkdədir. Qərb də, ərəb ölkələri də məhz İran daxilindəki mövcud proseslərlə təsir edə bilərlər.

Yaxın illərdə İran cəmiyyətinin özündə çox maraqlı proseslərin şahidi olacağıq”.

Həmçinin oxuyun

Leyla Abdullayeva: “Laçın artıq azaddır”

Ölkəmizin tarixi ərazisi, dilbər güşəsi Laçın artıq azaddır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla …