Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Azərbaycan bayrağı növbəti dəfə Elbrus zirvəsinə doğru.

Azərbaycan bayrağı növbəti dəfə Elbrus zirvəsinə doğru.

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsi çərçivəsində Azərbaycan bayrağı növbəti dəfə Elbrus zirvəsinə doğru.
“Murov” Ekstremal İdman Klubu Heydər Əliyevin 91-ci ildönümü münasibəti ilə 2014-cü il may ayının 10-dan “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsinə start verib. Layihənin məqsədi günü-gündən inkişaf edərək dünyanın diqqət mərkəzinə çevrilən və idman ölkəsi kimi tanınan Azərbaycanımızın dövlətçiliyinin təməli olan üçrəngli bayrağının ölkəmizdə və xaricdəki yüksək dağ zirvələrində dalğalandırılmasıdır. Qeyd edək ki, ötən bir il ərzində “Murov” Ekstremal İdman Klubu İran İslam Respublikasında “Zəncan” Dağçı Klubu ilə birgə Savalan (4811 m) və Dəmavənd (5671 m) zirvələrinə, Azərbaycan Alpinizm Federasiyası ilə birlikdə isə 2014-cü ilin avqust ayında “Elbrus” ( Rusiya Federasiyası, 5642 m) və sentyabr ayında “Kazbek” (Gürcüstan, 5033.8 m) zirvələrinə uğurlu yürüşlər təşkil edib. Ümummilli Liderimiz Heydər Əliyevin 92-ci ildönümü münasibəti ilə “Murov” Ekstremal İdiman Klubunun təşkilatçılığı ilə həyata keçirilən layihənin ikinci mərhələsinə bu il mayın 6-da Avropanın ən yükək zirvəsi olan Elbrus dağına yürüşlə start verilib. Yürüşdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Toyota Baku” , “Bakcell” və “ Vertical Group MMC ” şirkətləri, həmçinin “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC , Alpinizm Federasiyası, “Murov” Ekstremal İdman Klubu kimi dövlət idarələri və şirkətlərinin təmsilçiləri iştirak edirlər. Xüsusi vurğulamaq istərdik ki, yürüş iştirakçıları, məhz, may ayının 10-da, Ulu Öndər Heydər Əliyevin doğum günündə Elbrus zirvəsində olmağı qarşıya məqsəd qoyub. Eyni zamanda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsi çərçivəsində 2015-2016-cı il tarixləri arasında Qafqaz, Orta Asiya, Afrika və Latın Amerikasının ən yüksək zirvələrinə yürüşlərin həyata keçirilməsi planlaşdırılır. Bütün yürüşlərdə idmançılarımıza uğur və gözəl hava arzu edirik.
“Murov” Ekstremal İdiman Klubu

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın