Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / 400 minlik məmur övladı toyunda kimlər quda olub?- ŞOK FAKTLAR

400 minlik məmur övladı toyunda kimlər quda olub?- ŞOK FAKTLAR

Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift idarəsinin rəisi Qüdrət Şükürovla bağlı yeni məlumatlar üzə çıxıb.

Musavat.com-a xəbər verir ki, o, qızını “Dəmirbank” ASC-nin idarə heyətinin sabiq sədri Roman Əmircanovun oğluna ərə verib. Roman Əmircanovun digər oğlu isə MTN-nin sabiq idarə rəisi, hazırda məhkəmə qarşısında cavab verən Akif Çovdarovun kürəkənidir.

Roman Əmircanov Borçalının qədim nəsillərindən olan Əmircanlı soyundandır. Atası Əmircanov Dünyamalı Məhəmməd oğlu Gürcüstan SSR-də müxtəlif vəzifələrdə çalışıb. Anası Roza Məmid qızı Əmircanova (Musayeva) Borçalının qədim nəsillərində biri olan Gülməmmədli nəslinin nümayəndəsidir.

Roman Əmircanov 16 oktyabr 2009-cu il tarixdən etibarən “Dəmirbank”ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib və 2016-cı ilə qədər bu vəzifədə işləyib. Onun oğlu və Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov da MTN-də işləyib. Nazirlikdəki cinayət şəbəkəsi ifşa edildikdən sonra onu işdən uzaqlaşdırıblar.

Qeyd edək ki, Qüdrət Şükürovun qızı Aysel və Roman Əmircanovun oğlu Oktayın toyunun 400 min dollara ərsəyə gəldiyi iddia edilir. Məlumata görə, Qüdrət Şükürov kürəkəni Oktay Əmircanova “Porche” markalı avtomobil də hədiyyə edib.

Qüdrət Şükürovun qudası kimdir? - BakuNews.az ŞOK EDİCİ FOTO əldə etdi

BakuNews.az-ın apardığı araşdırma nəticəsində Oktay və Ayselin toy dəvətnaməsinin fotosu əldə edib. Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qudasının kimliyi dəvətnamədə açıq- aşkar qeyd edilib. Bütün mediada Roman Əmircanovun oğlunun toyu qeyd edilsə də, həmin dəvətnamədə şok adla rastlaşmaq mümkündür. Bəyin atasının adı Polad Əhmədov kimi yazılıb. Əgər deyilənlər düzdürsə,  o zaman niyə dəvətnamədə Roman Əmircanov deyil,  Polad Əhmədovun adı qeyd edilib? Azərbaycan adət-ənənəsinə görə, bəyin və ya gəlinin atası toya dəvət edən şəxs qismində göstərilir. O zaman bəyin atası niyə Polad Əhmədov qeyd edilib? Maraqlı sual yaranır:  Polad Əhmədov kimdir və onun adı dəvətnamədə olduğu halda, niyə başqa ad qeyd edilir?  Məntiqlə, Roman Əmircanovun oğlu Oktay ilə Qüdrət Şükürovun qızı Aysel ailə həyatı qurubsa,  o zaman burda ya Roman və ya Qüdrət adı dəvətçi kimi edilməli idi.
Polad Əhmədovun kimliyini hələ dəqiqləşdirə bilməmişik. Amma araşdırmamız davam edir. Media yanılıb yoxsa, bəyin atasının adı qəsdən təhrif edilib? Bu suala cavab tapmağa çalışacağıq.

Azinforum.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın