Ana səhifə / Siyasət / 4-cü meyvə-tərəvəz bazasında iclas: “Lotu Quli”nin adamı “krışa” təyin edildi

4-cü meyvə-tərəvəz bazasında iclas: “Lotu Quli”nin adamı “krışa” təyin edildi

Rusiyanın Yekatrinburq şəhərində 4 nömrəli meyvə-tərəvəz bazasında ötən gün apreln 5-də kriminal avtoritetlərin “sxodka”sı olub.

Azinforum.az  URA.ru-ya istinadən xəbər verir ki, toplantıda meyvə-tərəvəz bazasına “krışalıq” edəcək yeni adam təqdim olunub-bu, 47 yaşlı Rəhman Abdullayevdir. Abdullayev Çelyabinsk üzrə kriminalın “smotryaşisi” olan İlham Osmanovun sağ əlidir.

Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, 4 nömrəli meyvə-tərəvəz bazasının 2016-cı ildə vəfat etmiş sahibi Tatyana Rusinanın qızı Yelena Rusina onun varisi kimi çıxış edərək kriminaldan güc dəstəyi axtarmağa başlayıb. Belə ki, həmin meyvə-tərəvəz bazası əvvəllər “Rövşən Lənkəranski”nin nəzarətində idi və ona aylıq haqq verirdi. Lakin “Lənkəranski” ötən ilin avqustunda istanbulda güllələnəndən sonra bazar “krışasız” qalmışdı. Əslində bu, şərti olaraq belə idi, çünki “Rövşən Lənkəranski”nin öldürülməsindən sonra onun ən gəlirli aktivlərindən olan 4 nömrəli meyvə-tərəvəz bazasını “Lotu Quli” ləqəbli məşhur azərbaycanlı avtoritet Nadir Səlifov öz nəzarətinə keçirmək üçün işlərə başlamışdı.

Məlumata görə Yelena Rusina anasının şəriki, kriminal avtorutet Azər Piriyevin məsələhəti ilə azərbaycanlı kriminal qruplaşmaların güc dəstəyindən istifadə etməyi qərara alıb. Bu məqsədlə Rəhman Abdullayev seçilib. O, Çelyabinsk üzrə kriminal iyerarxiyada yüksək rütbə tutur. Barəsində məlumat azdır, ancaq o məlumdur ki, 2015-ci ildə Çelyabinskdə saxlanılıb, daha sonra sərbəst buraxılıb.

Hazırda Abdullayev “Avto” ləqəbli gürcü kriminal avtoritet, 62 yaşlı Avtandil Kobeşavidze və və “Lotu Quli” ilə təmas saxlayır. Bildirilir ki, Sverdlovsk vilayətinin ticarətçiləri bundan əvvəl məhz “Lotu Quli”yə haqq verməyə boyun olublar.

Məlumata görə Abdullayevi yeni vəzifəyə Piriyevin meyvə-tərəvəz bazasındakı kafesində təqdim ediblər. “Sxodka”da əvvəllər Rövşən Canıyevin “smotryaşisi” olan Ağayar Ağayev də olub. Ağayev yenə də Ural regionu üzrə “smotryaşiy” vəzifəsindədir, ancaq rəisi “Lotu Quli”dir. Toplantıda qərara alınıb ki, nəhayət maliyyə məsələlərində qayda yaratmaq və yığılan pulların vaxtlı-vaxtında “obşak”a getməsinə nəzarət etmək lazımdır.

Bildirilir ki, topdansatış bazasının sahibi Yelena Rusina azərbaycanlı kriminal qruplaşmaların himayəsinə sığınmağa Estrada Teatrının bədii rəhbəri, Ural federal regionu üzrə Baş Daxili İşlər İdarəsinin keçmiş əməliyyatçısı Vladimir Qorbunovun yaxın adamı Aleksandr Novikovla münaqişədən sonra qərar verib. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, 4 nömrəli meyvə-tərəvəz bazasında situasiya hakimiyyətin nəzarətindən çıxmağa başlayıb və yaxın vaxtlarda hüquq-mühafizə orqanlarının qalmaqallı topdansatış bazasına güc yoluyla müdaxiləsi gözlənilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın