Ana səhifə / Siyasət / “4 ay keçib, İrəvandan yardım ala bilmirik” – Qalstyan

“4 ay keçib, İrəvandan yardım ala bilmirik” – Qalstyan

Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistandan əvvəlki tək maliyyə yardımları ala bilmirlər.

Qondarma rejimin tör-töküntülərindən olan Qarabağdakı “Ədalət” partiyasının sədri David Qalstyan bununla bağlı ortaya çıxan həqiqəti etiraf edib. Ermənistan hökuməti ötən ilin dekabr ayında Əmək və Sosial İşlər Nazirliyinə 25 milyard dram pul ayırdığını elan etdi. Vəsait nazirlik vasitəsi ilə müharibənin səbəb olduğu sosial problemlərin həllinə yönəlməli idi. 15-ə yaxın yardım proqramı var idi. Yəni, hökumət nazirliyə 25 milyard dram pul ayırdığını elan etdi və qeydiyyatda olan Qarabağ erməniləri də yararlanmalı idi. Onlar 68 min dram almalı idilər… Dörd ay keçməsinə baxmayaraq Qarabağda 68 min dramı alan olmayıb”.

Qalstyan vəsaitin onlara çatmamasının səbəbini bilmir. O Ermənistan hökumətinin onlara pul vermədiyini düşünür. Azvision.az

Həmçinin oxuyun

“Le Monde” nəşri: Fransa Azərbaycanla münasibətləri qaydasına salmağı arzulayır

Fransanın məşhur “Le Monde” nəşri azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa işləri və Qarabağda müharibə …