Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Siyasət / Zəngilan Beynəlxalq Hava Limanının siyasi və hərbi, strateji əhəmiyyəti də danılmazdır

Zəngilan Beynəlxalq Hava Limanının siyasi və hərbi, strateji əhəmiyyəti də danılmazdır

Azərbaycan 2 ildən qısa müddətdə işğaldan azad olunan ərazilərimizdə ikinci beynəlxalq hava limanını istifadəyə verdi. Bu, ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyindən xəbər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş etdi. Qardaş ölkənin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etdi.

Regionda baş verən iqtisadi və geosiyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə 3 hava limanına niyə ehtiyacın olduğunu bir daha təsdiq etdi. Hər 3 hava limanı bütün növ təyyarələri qəbul edə biləcək. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək və Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək.


Zəngilan Beynəlxalq Hava Limanının siyasi və hərbi, strateji əhəmiyyəti də danılmazdır. Çünki hava limanları strateji obyektlər sayılr. Onların ətrafında hava hücumundan müdafiə qüvvələrindən müxtəlif terror hücumlarına qarşı güclü təhlükəsizlik zonaları yaradılır. Bu strateji bölgələrdə, o cümlədən Zəngilan Beynəlxalq Hava Limanının gələcəkdə açılması gözlənilən Zəngəzur dəhlizinin üzərində yerləşməsi o bölgələrdə təhlükəsizliyin tam təmininə imkan verəcək. Təbii ki, həm də bu mənada çox vacib və önəmli rol oynayacaq. Sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi həmin ərazidən keçir.

Nərgiz BABAYEVA,

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Lukaşenko Ermənistanın regiona kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki monitorinq missiyasının işini genişləndirməyə və vaxtını uzatmağa  ümid edir. Bunu parlamentdə …