Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / 32 məktəb direktoru vəzifəsindən azad edilib

32 məktəb direktoru vəzifəsindən azad edilib

“Yoxlama ilə görülən tədbirlər zamanı 32 orta məktəb direktoru tutduğu vəzifəsindən azad edilib, 38 direktor barəsində isə barəsində digər tənbehedici tədbir görülüb”. Musavat.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Audit şöbəsinin müdir əvəzi Elnur Hacıyev media nümayəndələri ilə keçirilən təlimdə bildirib. 
Nazir rəsmisi qurumun struktur vahidləri və tabeliyindəki müəssisələrdə auditin aparılmasından söz açıb:
“Görülən tədbirlər zamanı işindəki nöqsanlara görə şöbənin 5 əməkdaşı, 3 məktəbdənkənar müəssisə, 32 orta məktəb direktoru tutduğu vəzifəsindən azad edilib. Şöbənin 27 əməkdaşı və 38 orta məktəb direktor barəsində digər tənbehi tədbirlər görülüb.
Peşə məktəbi direktoru əvəzi və baş mühasib tutduğu vəzifədən azad edilib”.
Nazirlik rəsmisi qeyd edib ki, bu statistika bu ilin mart ayı da daxil olmaqla 2015-201digər illəri əhatə edir.
Həmçinin Elnur Hacıyev vurğulayıb ki, 10643,27 manat nazirliyin dövlət büdcəsinə bərpası təmin edilib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın