Bazar ertəsi , May 23 2022
Ana səhifə / Siyasət / “30 ildir məni ittiham edirlər ki, adamları tankların qarşısına çıxarmışam”

“30 ildir məni ittiham edirlər ki, adamları tankların qarşısına çıxarmışam”

“Sovet məhkəməsi mənə bəraət verdi. Əsas da bu oldu ki, sovet ordusunun Azərbaycana yeridilməsi qeyri-qanuni olub”.

Bu sözləri AMİP-in fəxri sədri, Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olmuş Etibar Məmmədov bildirib.

“Şəxsən məni 30 ildir ittiham edirlər ki, əliyalın adamları tankların qarşısına çıxarmışam. Amma həmin ittihamı irəli sürənlər bununla Bakıya sovet ordusunun qeyri-qanuni müdaxiləsinə və törədilən qanlı cinayətə bəraət verirlər”-deyən E.Məmmədov bildirib ki, yanvar hadisələrindən sonra həbs olunub, ona qarşı cinayət işi açılıb və sovet məhkəməsində bəraət alıb.

AMİP lideri bildirib ki, Qarabağ problemi Azərbaycanda milli hərəkatın başlanması üçün start oldu: “SSRİ-də Yenidənqurmanın başlanmasından sonra keçmiş sovet respublikalarında müxtəlif milli hərəkatlar meydana gəlməyə başladı. Ermənistanda Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladılar. Teziklə bütün diqqət Qarabağ probleminə fokuslandı”.

Bu milli hərəkat dalğasında Azərbaycan Xalq Cəbhəsinin yarandığını deyən E.Məmmədov qeyd edib ki, AXC-yə müxtəlif adamlar var idi: “Burada ateistlər, din xadimləri, millətçilər, beynəlmiləçilər gəlmişdi. Amma hamısı Qarabağ məsələsində vahid mövqedə idilər. Hamı hesab edirdi ki, Azərbaycan Dağlıq Qarabağı ermənilərə güzəştə gedə bilməz. Bu faktor AXC üçün birləşdirici məsələ oldu”.

Etibar Məmmədov yanvar faciəsindən əvvəl SSRİ-İran sərhədinin dağıdılması ilə bağlı hadisəyə də toxunub. O deyib ki, bu addımın əleyhinə olub: “Şəxsən mən sərhədin demontaj olunmasının əleyhinə olmuşam. Çünki bu fakt bizə qarşı Azərbaycanın islam fundamentalizmində ittiham olunması üçün istifadə olundu. Digər tərəfdən bu addım 100 il əvvəl ikiyə bölünmüş Azərbaycan xalqının fəryadı idi. İdeyanın təşəbbüskarları AXC-nin Naxçıvan və Lənkəran təşkilatları idi. Təəssüf ki, AXC rəhbərliyi bu anı əldən buraxdı. AXC rəhbərliyi yeri təşkilatlar üzərində nəzarəti itirdi və bu hadisə baş verdi”.(currenttime.tv)

Həmçinin oxuyun

“Kreml Paşinyanı Moskvaya çağırıb qulaqburması verəcək”

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistanı barışdırmaq üçün səylərini artırıb. O, Avropa İttifaqının …