Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Siyasət / “30 il ərzində bunlar o qədər cinayət törədiblər ki…” – Təbriz Musayev

“30 il ərzində bunlar o qədər cinayət törədiblər ki…” – Təbriz Musayev

Zəngəzurda yaşayan ermənilər təcili olaraq, dəyər-dəyməz qiymətə evlərini, torpaq sahələrini satmağa başlayıblar.

Bu sözləri Ermənistanın ən nüfüzlü daşınmaz əmlak agenliyi sayılan “Aksern”in baş direktoru Akop Baqdasaryan deyib. Onun sözlərinə əsasən, Zəngəzur daşınmaz əmlak bazarında canlanma son bir neçə aydır davam edir: “Canlanma deyəndə ki, evlərini dəyər-dəyməzə, təcili şəkildə satmaq istəyən çox, alıcı qüvvəsi isə, demək olar ki, sıfır səviyyəsindədir. Hamı özü və ailəsi üçün təhlükəsiz yer istəyir. Belə getsə, yaxın vaxtlarda Zənguzurda bir dənə də erməni ailəsi qalmayacaq”.

Ümumilikdə, Zəngəzurda evlərin satışa çıxarılması ilə bağlı məlumatlar yeni deyil. Bir neçə ay əvvəl bununla bağlı məlumatlar var idi. Ancaq getdikcə daha çox erməni öz mənzilini satışa çıxarıb. Bundan başqa, bir müddət əvvəl xarici təşkilatlardan biri bəyan etdi ki, Ermənistanın Azərbaycanla sərhəd rayonlarından miqrasiya daha çox olacaq. Görünən odur ki, bütün bu proqnozlar özünü doğruldur.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Zəngəzurdan miqrasiyanın güclənəcəyi gözlənilən idi: “Əvvəla, ermənilər qorxaq millətdilər. Tarixən onlar böyük dövlətlərə sığınaraq yaşayıblar. 1993-cü ildə Azərbaycan ərazilərini işğal edəndən sonra Zəngəzurun şərq hissəsində sərhədə ehtiyac olmadı. Ona görə ki, erməni işğalçıları Zəngilan və Qubadlıı işğal etdilər. Bir sözlə, Füzulinin Horadiz qəsəbəsiə qədər olan böyük ərazi işğal altında idi. Kəlbəcərdən Zəngilana qədər Azərbaycan-Ermənistan sərhədi erməni işğalçıların nəzarətində idi. O üzdən, sərhəd məfhumu onların yadına belə düşmürdü. Hesab edirdilər ki, belə də davam edəcək. Çünki aradan 30 ilə yaxın vaxt keçmişdi. Məlum olduğu kimi, ötən il 44 günlük müharibə onların bütün planlarını alt-üst etdi. Sanki onlar yuxudan ayıldılar. Müharibədən bir il ötsə də ermənilər hələ də çaşqınlıq içindədilər. Nəyin baş verdiyinin fərqində deyillər. Bir növ indi ayılmağa başlayıblar. Çünki 30 il ərzində bunlar o qədər cinayət törədiblər ki, o üzdən çıxış yolunu ölkəni tərk etməkdə görürlər. Onlar nəinki Azərbaycan əhalisinə, təbiətə, dağa-daşa, bir sözlə, canlı-cansız nə varsa ona divan tutublar. İşğala məruz qalan ərazilərdə ucu-bucağı görünməyən xarabalıqlar bunu bir daha sübut edir. Ermənilər anlayır ki, bir gün bütün bu cinayətlərə görə hesab verəcəklər. Zəngəzurdan başlayan köç dalğasının kökündə dayanan faktor əsasən bununla bağlıdır”.

İAT sədri heab edir ki, miqrasiya daha da güclənəcək. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Azərbaycan – İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi …