Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Siyasət / 3 min hökumət rəsmisi Azərbaycana gəlir

3 min hökumət rəsmisi Azərbaycana gəlir

Azərbaycan may ayında daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək.

Axar.az-a Asiya İnkişaf Bankının (AİB) Bakı ofsindən daxil olan məlumata görə, 2-5 may tarixlərində Heydər Əliyev Mərkəzində AİB-in Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçiriləcək.

Toplantıda 3 minə yaxın hökumət rəsmisi, iş adamları, investorlar, jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcək.

Toplantının mövzusu isə “İnkişaf uğrunda əməkdaşlığın gücləndirilməsi”dir.

Cənubi Qafqazda ilk dəfə keçiriləcək bu toplantıda region və Mərkəzi Asiya üzrə əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi panel müzakirələrinin birində diqqət mərkəzində olacaq.

Digər panellərdə dövlət-özəl tərəfdaşlığı üçün düzgün mühitin təmin edilməsi, inkişaf səmərəliliyi, inkişaf edən Asiya şəhərlərini iqlim dəyişikliklərinə daha dayanıqlı və həyat üçün yararlı etmək, hərtərəfli səhiyyə xidmətləri ilə əhatə, gender bərabərliyi və innovasiya məsələləri üzrə müzakirələr aparılacaq.

ABŞ-ın CNBC kanalı toplantı ilə bağlı müzakirələr yayımlayacaq.

Toplantıya onlayn qeydiyyat üçün son tarix 20 aprel 2015-ci ildir. Dəvət olunan mətbuat nümayəndələrinə öz iştiraklarını təsdiqləmək üçün onlayn qeydiyyatdan keçmək haqqında bildiriş göndəriləcək. Qeydiyyatdan keçmiş jurnalistlərdən toplantıya gətiriləcək media avadanlığının tam siyahısını təqdim etmələri tələb olunur.

Siyahını 10 aprel 2015-ci il tarixədək Elçin Rufullayevin (AİB İllik Toplantı üzrə İşçi Qrupu, Maliyyə Nazirliyi, Azərbaycan) [email protected] elektron poçt ünvanı vasitəsilə  Azərbaycan Təşkilat Komitəsinə göndərə bilərsiniz….

Həmçinin oxuyun

Parlamentdə koronavirus müzakirələri

Noyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirdi …

Bir cavab yazın