Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / 3 kollecin adı dəyişdi – Qərar

3 kollecin adı dəyişdi – Qərar

Nazirlər Kabineti Maliyyə-İqtisad Kollecinin, Bakı Texniki Kollecinin, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin adlarının dəyişdirilməsi və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən Azərbaycan Maliyyə-İqtisad Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Texniki Kolleci Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlandırılıb.

Bununla əlaqədar “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” bölməsində də müvafiq dəyişiklik edilib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın