Cümə , Sentyabr 30 2022
Ana səhifə / Siyasət / 3 Azərbaycan vətəndaşı Ermənistana turist kimi gedib

3 Azərbaycan vətəndaşı Ermənistana turist kimi gedib

“2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731 turist səfər edib. Eyni dövrdə Azərbaycana 832 186 əcnəbi vətəndaş səfər edib”.

Bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, ölkəmizdə quru sərhədlər bağlı olsa da, qəbul etdiyimiz turist sayı daha çoxdur:

“Ölkəmizin quru sərhədləri bağlı, təyyarə biletlərinin “od qiymətinə” olmasına baxmayaraq, Azərbaycana gələn turist sayı az da olsa, Ermənistandan çoxdur (Ermənistanın Gürcüstan və İranla quru sərhədləri açıqdır). Deməli, məmləkətin potensialı var, amma sistemi, turizmə yanaşması doğru deyil. İlk 7 ayda Ermənistana gələn turistlərin sayında Rusiya 1-ci yerdədir (251 035 nəfər), 2-ci yerdə ABŞ-dır (13 017 nəfər), 3-cü yerdə Almaniyadır (8554 nəfər), 4-cü yerdə Fransadır (7687 nəfər), 5-ci yerdə isə Ukraynadır (7663 nəfər). Eyni dövrdə Azərbaycana gələn qonaqların 25 %-i Rusiyadan, 23,8 %-i Türkiyədən, 13 %-i İrandan, 5,2 %-i Gürcüstandan, 4,6 %-i Səudiyyə Ərəbistanından olub”. 

İqtisadçı qeyd edib ki, ABŞ və Avropa Birliyi ölkələrindən gələnlərin sayı çox az olub.

“Buna səbəb Azərbaycan hökumətinin hələ də ABŞ və AB ölkələri vətəndaşlarından viza tələb etməsidir. Ermənistan isə 15 ildir həmin ölkələrdən viza istəmir. Burada maraqlı detal isə 2022-ci ilin ilk 7 ayında Ermənistana 3 nəfər Azərbaycan vətəndaşının turist kimi səfər etməsidir”, – deyə N.Cəfərli bildirib.

Həmçinin oxuyun

Deputat: ““İrandakı vəziyyətin alternativi feministlərin həyat tərzidir” deyilməsi doğru yanaşma deyil”

““İrandakı vəziyyətin alternativi feministlərin həyat tərzidir” deyilməsi doğru yanaşma deyil. Bu gün müəyyən qruplaşmaları, təriqətləri, …