Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Siyasət / “29 minlik traktoru 49 minə sənədləşdiriblər” – Partiya sədri

“29 minlik traktoru 49 minə sənədləşdiriblər” – Partiya sədri

“Yaxın günlərdə kənd təsərrüfatı ilə bağlı araşdırmamızı təqdim edəcəyik. Çox böyük rüşvət və korrupsiyanın içindədirlər. Azərbaycanın Baş prokuroru Kamran Əliyevə müraciət edirəm, araşdırma aparılsın”.

Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

“Fermerlərdən soruşsunlar ki, nazirlik inəyin qiymətini nə qədər yazıb? Maraqlanın görün o heyvanın bazarda qiyməti neçəyədir? Gəncədə istehsal olunan Belarus traktorlarını iş adamlarına 82 500 manata verilir, yəni 49 min dollara. Həmin məbləğin 40 faizini dövlət, qalanını isə fermer. Traktorun bazar qiyməti 29 min dollardır. Gübrənin bir kisəsi bazarda 18-20 manatdır, amma bunlar 50 manatdan sənədləşdirirlər. Kimlərin monopoliyasındadır? Şirətlərin adlarını deyək? – İ.Ağazadə bildirib. 

Həmçinin oxuyun

Nikol Paşinyan: “Lələtəpəni tutmaq əmrini mən verməmişəm”

“Mənim Qarabağ savaşında Lələtəpəni almaqda israr etdiyim barədə iddialar əsassızdır”. Bu sözlər Ermənistanın baş naziri …