Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / 28 May – Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib

28 May – Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib

28 May – Respublika Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hissə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təsdiq olunmuş plana əsasən hərbi hissələrdə keçirilən bayram konsertləri, viktorinalar, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın