Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / “28 Mall” kömək üçün bizə müraciət edib…”

“28 Mall” kömək üçün bizə müraciət edib…”

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanvrıverdi Mustafayev Bakının “28 Mall” ticarət mərkəzinin bu gün elektrik enerjisinin kəsilməsinə görə bağlanması xəbərlərinə aydınlıq gətirib.

T.Mustafayev bildirib ki, baş vermiş hadisənin “Azərişıq” ASC-yə aiddiyatı yoxdur: “Onların daxili problemləridir. Ticarət Mərkəzinin daxili kabel xəttində qəza baş verib, qəzanın aradan qaldırılmasına kömək etmək üçün bizə müraciət ediblər. Onların xahişi əsasında əməkdaşlarımız qəzanın aradan qaldırılmasına yardım edir”.

*   *   *14:44

“28 Mall” Ticarət Mərkəzi bu gün səhər saatlarından bağlanıb. Mollun qarşısına alış-verişə gəlmiş xeyli adam toplaşsa da, onların içəri girişinə icazə verilmir. Mühafizəçilərin virtualaz.org-a bildirdiyinə görə, bağlanmaya səbəb səhər saat 10:00-dan ticarət mərkəzinə elektrik enerjisinin verilişinin dayandırılmasıdır.

“28 Mall” ticarət mərkəzinin nə vaxt açılacağı ilə bağlı heç bir məlumat verilmir. Mühafizəçilərin sözlərinə görə, hazırda içəridə yalnız mağaza və digər obyektlərdə çalışan işçilərdən başqa heç kim yoxdur. Yalnız elektrik enerjisi veriləndən sonra içəri girişə icazə veriləcək.

Elektrik enerjisinin hansı səbəbdən dayandırıldığı və ticarət mərkəzinə bağlı qaldığı müddətdə dəyən ziyanla haqqında məlumat verilmir.

 

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın