Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / “26-lar”ı ziyarət edənlərdən cümhuriyyətə şok ittihamlar

“26-lar”ı ziyarət edənlərdən cümhuriyyətə şok ittihamlar

“26 Bakı Komissarları”nın güllələnməsindən 99 il ötür. Azərbaycan Kommunist Partiyası Xətai Rayon Komitəsi 26 Bakı komissarların qətlə yetirildiyi gün onların Suraxanı rayonunun Hövsan qəsəbəsindəki məzarını ziyarət etməyi qərara almışdı. Partiyanın qərarını yerinə yetirməklə biz kommunistlər Sovet Azərbaycanı qarşısında xidmətləri olmuş mətin komissarların xatirəsinə bir daha hörmət və ehtiramımızı bildirdik”.
Bunu “Qafqazinfo”ya açıqlamasında ötən gün “26-lar”ın məzarını ziyarət etməklə gündəmə gələn AKP-nin üzvü Ədalət Abdinov deyib. Bakı Kommunasının tarixi əhəmiyyətinin çox olduğunu deyən Ə. Abdinov bu gün mart qırğınlarına həm dövlət səviyyəsində, həm də ictimai rəydə olduqca yanlış yanaşma olduğunu da iddia edib: “Bir çox tədqiqatçılar olduqca yanlış olaraq mart hadisələrinin səbəbini Bakıda axtarırlar, əslində isə mart qarğanlarının gеrçək səbəbini Tiflisdə, ABŞ, Fransa, Ingiltərə dövlətlərinin qərargahlarında həmən bu ölkələrin «səfirlikləriylə» dövlət aparatının yüksək vəzifəli şəxslərinin gizli yazışmalarında axtarmaq lazımdır. Onda bizim bəzi yalançı patriotlarımıza ABŞ-ın Tiflisdəki səfiri Smitin öz dövlətindən Qafqaza daşnakları və müsavatçıları, gürcü millətçilərini silahlandırmaq və maliyələşdirmək üçün pul və silahsursa göndərmək tələbini bəlkə anlaya bilərlər.
Erməni millətindən olan komissarlara gəldikdə isə, onlar kommunist olublar və sinfi mübarizədə iştirak ediblər. Bu mübarizəyə milli don geyindirmək naşılıqdır”.
İnqilabçıların əməlləri ilə fəxr etdiklərini bildirən Ə. Abdinov deyir ki, xalqımız Azərbaycan Sovet Sosialist dönəmində ən xoşbəxt günlərini yaşayıb: “Sosialist iqtisadiyyatı əsasında sosial azadlıqlar təmin olunurdu. Pulsuz təhsil, sağlamlığın mühafizəsi, qocalığa və xəstəliyə görə sosial təminat, nəhəng miqyasda aparılan və vətəndaşlara pulsuz verilən mənzil tikintisi, mədəni quruculuq işləri — bütün bunlar cəmiyyətin rifahı və şəxsiyyətin özünün mənafeyi naminə insanın səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradırdı…
Bəs demokratlik dediyiniz Cümhuriyyət və onun varisləri sizə nə verdi? Cəmiyyəti ağalara və nökərlərə böldülər…”.

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …

Bir cavab yazın