Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Siyasət / “1990-cı illərdəki xəyanətlərin üstü açılmayacaq hələlik…”

“1990-cı illərdəki xəyanətlərin üstü açılmayacaq hələlik…”

Bu yaxınlarda keçmiş müdafiə naziri Rəhim Qazıyev verdiyi müsahibədə eks-prezident Ayaz Mütəllibov, eks-spikerlər Yaqub Məmmədov, İsa Qəmbər və digərlərini 1990-cı illərdə Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmiş proseslər, xəyanətkar oyunlar barədə  gerçəkləri xalqa açıqlamağa çağırıb və eyni zamanda adları çəkilənləri debata dəvət edib.   

Moderator.az əməkdaşının bu haqda suallarına cavab verən sabiq parlament sədri, 1992-ci ilin mart –may aylarında Prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov bunları söyləyib:
“Düzü, Rəhim Qazıyevin məni debata çağırması haqda məlumatım olmayıb. Amma keçmiş müdafiə nazirinin  hər iki məhkəmə prosesində iştirak etmişəm və o, mənim haqqımda bildiklərini deyib, mən də nə lazımdı, demişəm. Hamımız qəzet və saytlarda da, telekanallarda da bütün bildiklərimizi söyləmişik. Hesab edirəm ki, daha danışmağa söz qalmayıb…”
“Amma faktdır ki, Rəhim Qazıyev sizi debata çağırıb, gedə bilərsinizmi?” sualına cavabında  eks-spiker belə deyib:“O, məni debata çağırmaz. Mənim onunla debatlıq söhbətim qalmayıb. İndi deyir, deyir də, Rəhim Qazıyevdir, qoy desin də… İşləri -gücləri qurtarıb 30 il bundan qabaqkı hadisələri xırdalayırlar. Bu gündən, sabahdan, problemlərin həlli yollarından danışmaq lazımdır…”“1990-cı illərin əvvəlindəki  xəyanətlərə gəldikdə, o barədə mən son sözümü Ali Sovetin 14 may 1992-ci ildəki sessiyasında demişəm. Həmin xəyanətlərin üstü açılmayacaq hələlik… Hesab edirəm ki, yaxın vaxtlarda bu, mümkün olmayacaq. Bəlkə 30-40, 70 ildən sonra  mümkün ola… Necə ki, 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin gördüyü işlər, erməni soyqırımları, 37-ci il repressiyaları zamanı və s. baş verənlər yalnız SSRİ dağılandan sonra, 70 ildən açıldı… Çünki 1990-cı illərdə həmin xəyanətkar oyunları oynayanlar bu gün də oxşar oyunları davam etdirirlər, ona görə də o xəyanətlərin açılmasına heç vaxt imkan verməzlər. Odur ki, bizim eyni şeyləri təkrar etməyimizin faydası yoxdur…”-deyə Yaqub Məmmədov vurğulayıb.

Həmçinin oxuyun

Surət Hüseynov kimin agenti olub?

Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirin bu günlərdə 4 İyun Gəncə olaylarıyla bağlı  Azpolitika.info saytına …