Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / “180 milyona yaxın insan Şuşa xəbəri gözləyir” – Rəsul Quliyevin hesablaması

“180 milyona yaxın insan Şuşa xəbəri gözləyir” – Rəsul Quliyevin hesablaması

“Şuşanın təcavüzkarlardan azad edilməsini Azərbaycanda ən azı 10, İranda 30, Türkiyədə 70, Mərkəzi Asiya ölkələrində 30, Ukraynada 10 və sair üst-üstə 180 milyona yaxın insan səbirsizliklə gözləyir. Azərbaycan ordusunun bu işi görə bilməyəcəyini istəyənlərin sayı bütövlükdə 4 milyondan artıq ola bilməz”.

Bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.  O, deyib ki, Şuşanın azad edilməsi milyonlarla insanın ömrünü pozitiv enerji hesabına bir neçə il uzadacaq: 

“Ermənilərə hücum eyni inadkarlıqla üç istiqamətdə aparılmalıdır. Ermənilər Kəlbəcər və Xankəndi istiqamətlərindən çıxarılıb Şuşaya göndərilsə, sadəcə olaraq, Xankəndi və Kəlbəcər tutulmalıdır. Kəlbəcər-Şuşa yolu ilə irəliləməklə ermənilərin ətrafında döyüş həlqəsini daraltmaq lazımdır. Ermənilərdən əsir götürmək və onlarla yaxşı rəftar etməklə bütün silahlıları öz xoşlarına təslim olmağa həvəsləndirmək lazımdır”.

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …