Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / 18 marşrutda edilən dəyişiklik ləğv edildi – SİYAHI

18 marşrutda edilən dəyişiklik ləğv edildi – SİYAHI

Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləğv edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Bakı şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.

“Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetaforların da adi rejimdə fəaliyyəti bərpa edilib”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar 1, H1 (“Baku Bus” MMC), 2, 4, 5, 6, 8, 14, 18, 21, 31, 37, 46, 61, 65, 77, 88 və 125 nömrəli marşrut avtobuslarının hərəkətində dəyişikliklər edilmişdi.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın