Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / 170 minlik yeyinti haqda nazirlikdən – Açıqlama

170 minlik yeyinti haqda nazirlikdən – Açıqlama

“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında maliyyə pozuntusu ilk növbədə 2014-cü ildə Təhsil Nazirliyi tərəfindən aparılmış monitorinq nəticəsində aşkarlanıb və bununla bağlı aidiyyəti qurumlara məlumat verilib.

“  Azinforum.az  ” xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-nın sorğusuna cavabında deyib. Onun sözlərinə görə, Mərkəzin Sumqayıt filialının direktoru Bilal Məmmədov 2014-cü il iyulun 1-də tutduğu vəzifədən azad edilib: “Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən filialda aparılmış maliyyə yoxlaması zamanı Təhsil Nazirliyinin apardığı monitorinq aktına istinad olunub və müvafiq nöqsanların olduğu təsdiqlənib. Bu nöqsanlar “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının 2012-2014-cü illərdəki fəaliyyət dövrünü əhatə edir”.

Qeyd edək ki, məsələ Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, mərkəzin Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən 2012-2014-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək özləri və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədi ilə faktiki olaraq idman tədbirlərinin keçirilmədiyi və müxtəlif fənlərin tədris edilmədiyi halda, həmin tədbirlərin keçirilməsi və fənlərin tədris edilməsi, habelə qeyd olunan tədbirlərlə əlaqədar ezamiyyələrin verilməsi adı ilə məlumatların saxtalaşdırılaraq ümumilikdə 170 min manat məbləğində vəsaitin məşqçi müəllimlərin adlarına rəsmiləşdirilməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın