Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Siyasət / 15 ölü, ölkə yas içində, telekanallarda çal-çağır… – FOTOFAKT

15 ölü, ölkə yas içində, telekanallarda çal-çağır… – FOTOFAKT

Bakı şəhərinin Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğında ölənlərin sayı artıb. Son dəqiqəyə olan xəbərlərə görə, ölənlərin sayı 15 nəfərə çatıb. Yaralı sayı isə 55-i keçib. Ölkə insanının isə xəbər almaq üçün yeganə ünvanı saytlar, xəbər portalları, agentliklərdir. Çünki ölkədə fəaliyyət göstərən telekanallarda rəsmən çal-çağırdır. 
Musavat.com saat 14.30 radələrində milli kanallarda kiçicik bir monitorinq keçirdi.
Azərbaycan Televiziyası Səhmdar Cəmiyyətinin (AzTV) efirində sağlamlıq verilişi yayımlanırdı. Lider TV-də də “Sağlam Fəsil” adlı veriliş nümayiş etdirilirdi.
Xəzər TV, Space TV ekranlarında isə çal-çağır əhvalı vardı. Birincidə müğənnilər yenə xalqa ağıl verməklə məşğul idilər. Space TV-nin “Günaydın” verilişində isə müğənni Ağadadaş Ağayev qol götürüb oynayırdı. ATV-nin efirində yayımlanan “Düzünü desək” verilişində isə xalq artisti Niyaməddin Musayev danışırdı, yaradıcılığından, planlarından, səhnə macəralarından. Həm də canlı-canlı…
Əslində isə indi bütün telekanallar yayımı yarıda kəsib, hadisə yerindən canlı yayım verməliydilər. Müxbirlər,  operatorlar baş verən insan faciəsini hər yöndən işıqlandırıb tamaşaçılara çatdırmağa məcbur idilər. Xəbərçilik, televizyonçuluq missiyası bunu tələb edir. Buna gücləri çatmırsa (!) belə, heç olmasa efirdəki çal-çağırı, qol götürüb oynamanı dayandırmaq, yayın axınını dəyişdirmək olardı. Nə çox arxivdə sənədli film, bədii veriliş…
Sevinc  

 

Həmçinin oxuyun

Əli Kərimlinin obrazı: “Yurd” sədrinin şousu nəyə hesablanmışdı? – TƏHLİL

19 oktyabrda Milli Şura Bakıda razılaşdırılmamış aksiya keçirməyə cəhd etdi. Hökumət aksiyanın həmin gün saat …

Bir cavab yazın