Mayın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.
Azinforum.az xəbər verir ki, bu barədə YAP-ın rəsmi saytında məlumat dərc edilib.
Bildirilib ki, iclasın müzakirəsinə YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmirəslanovun vəzifəsindən azad edilməsi, YAP Gəncə şəhər təşkilatına və YAP Hacıqabul rayon təşkilatına sədr təyin olunması, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı partiyanın rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılması və cari məsələlər çıxarılıb.
İclasda ilk olaraq YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmirəslanovun səhhəti ilə bağlı vəzifəsindən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul olunub.
Sonra YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə partiyanın İdarə Heyətinin üzvü Bayram Mirazim oğlu Aslanovun və YAP Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə İsmayıl Hüseyn oğlu İbrahimovun təyin olunması məsələsinə baxılıb və onların sözügedən vəzifəyə təyin olunması haqqında qərar qəbul olunub.
15 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.
