Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / 1300 manat rüşvət alana – 9 il həbs

1300 manat rüşvət alana – 9 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xızı rayon Arxiv İdarəsinin vəzifəli şəxsi Paşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo“nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

P.Məmmədov Xızı rayonu sakini Kərimulla Kərimovdan qaz xəttinin çəkilməsi üçün Arxiv İdarəsindən arayış vermək üçün 2500 manat istəyib. K.Kərimov imkanı olmadığı üçün 1300 manat verə biləcəyini deyib və razılaşıblar. Sonra K.Kərimovun şikayəti əsasında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə kollegiyasının hökmü ilə Paşa Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polisin nəzarətinə vermək haqda qərar dəyişdirilərək həbs-qətimkan tədbiri seçilib. P.Məmmədov məhkəmə zalındaca həbs edilib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın