Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / “12 min jurnalist arasında 2 min peşəkar varsa, böyük şeydir”

“12 min jurnalist arasında 2 min peşəkar varsa, böyük şeydir”

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata açıqlamasında ölkədəki jurnalistlərin sayı ilə bağlı maraqlı statistika səsləndirib. Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycanda 12 min nəfər jurnalist fəaliyyət göstərir və dövlət onların azad fəaliyyətinə şərait yaradılıb.
Maraqlıdır, bu statistika Azərbaycan mediası üçün nə dərəcədə arzuedilən göstəricidir? 12 minlik jurnalist heyətinin heç olmasa yarısını peşəkar hesab etmək üçün əsas varmı?
Moderator.az-a açıqlama verən fəaliyyətini dayandırmış “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru, media eksperti Elçin Şıxlı istənilən halda peşəkar sayının ümumi saydan qat-qat aşağı olduğunu vurğuladı:
“Mən bu statistikanın nəyə əsaslandığını söyləyə bilmirəm. Bunun hansı hesablama nəticəsində meydana çıxdığından xəbərsizəm. Ölkədə qeydiyyatdan keçən çap mediasını, saytları və telekanalları nəzərə alsaq, ola bilsin ki, bu qədər jurnalist mövcuddur. Lakin peşəkarlığa gəldikdə onu deyə bilərəm ki, 12 min jurnalist arasında 2 min peşəkar varsa, böyük şeydir. Hesab edirəm ki, hazırkı reallıq bundan ibarətdir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın