Cümə , Sentyabr 20 2019

“Milli Hərəkat” partiyası (sabiq prezident Mixail Saakaşvilinin partiyası) və bir neçə QHT-lərin yüzlərlə üzvü ötən gün Tiflisdə qarşısında hökumətin Rusiya ilə bağlı apardığı siyasətə qarşı etiraz aksiyası keçirib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, etirazçılar Gürcüstan hökumətini fəaliyyətsizlikdə ittiham edərək Rusiya tərəfindən həyata keçirilən “sürünən işğal”a reaksiya verməyi və zərərli Abaşidze-Karasin danışıq formatının etməyi tələb ediblər.

Qeyd edək ki, Tsxinval bölgəsində Cənubi Osetiyanın “sərhədlərini” müəyyənləşdirən yeni məlumat lövhələrinin quraşdırılmasına münasibət bildirən Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən gün bildirib ki, Gürcüstan itirilmiş ərazilərin konstitusion üsullarla qaytarılmasına nail olmağa çalışacaq.

Qeyd edək ki, Gürcüstan XİN bundan əvvəl məsələ ilə bağlı İsveçrə səfirliyi vasitəsilə Rusiyaya etiraz notası göndərib. Gürcüstan tərəfinin iddiasına əsasən, yeni məlumat lövhələrinin 300 metr irəli çəkilməsi nəticəsində Bakı –Supsa neft borusu işğal olunmuş ərazidə qalıb.

Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin, öz növbəsində, məlumat lövhələrinin əvvəlki yerlərində olduğunu qeyd edib: “Sadəcə onlar kimlərinsə tərəfindən yığışdırıldıqdan sonra yenidən bərpa edilib”. Onun sözlərinə görə, məlumat lövhələrinin bərpası ilə bağlı qərar Rusiya hakimiyyəti tərəfindən yox, yerli Tsxinval “hakimiyyəti” tərəfindən verilib.

Həmçinin oxuyun

Misir Mərdanov özünü oliqarx hesab etmir – VİDEO

”Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 …

Bir cavab yazın