Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / 10 yaşlı Nurayın məsələsi böyüyür – son gəlişmələr, rəylər

10 yaşlı Nurayın məsələsi böyüyür – son gəlişmələr, rəylər

Novella Cəfəroğlu: “Hüquqi baxımdan uşaq bioloji atasına verilməlidir, lakin…”; Mehriban Zeynalova: “Uşağın maraqları və rəyi əsas götürülməlidir…”

 
Quba rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadənin məhkəmənin qərarı ilə zorla xalasından alınıb, atasına verilməsini özündə əks etdirən video qısa bir zamanda sosial şəbəkədə xeyli yayıldı. Ölkə ictimaiyyəti bu olaya müxtəlif cür reaksiya verdi. Nəticədə Nurayın hüquqlarını qorumaq üçün işçi qrupu yaradıldı və məsələyə Ombudsman Aparatı da qarışdı. 
Belə ki, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkədə yayılmış məlum videoya onlar tərəfindən baxılıb və araşdırma aparılıb. Bildirilib ki, bu məsələ ombudsmanın nəzarətindədir. Bundan əlavə, yanvarın 8-də Ədliyyə Nazirliyinin icra baş idarəsinin Quba icra şöbəsində baş vermiş hadisə ilə bağlı yaradılan İşçi Komissiyası Quba rayonuna səfər edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən təşkil olunan komissiya üzvləri 10 yaşlı Nuray və ailə üzvləri ilə görüşüblər.
Lakin hələ də ictimaiyyətdə əsas müzakirə olunan məsələ məhkəmənin 10 ildir Nurayın üzünü görmədiyi bildirilən ataya uşağın verilməsi ilə bağlı çıxardığı qərardır. Bildirilir ki, ata əgər bu vaxta qədər uşağını arayıb, sormayıbsa, bir günün içərisində məhkəmənin qərarı ilə ona verilə bilməz.
Image result for Novella Cəfəroğlu
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, qanunlarımızda boşluq var: “Hüquqi cəhətdən uşaq bioloji atasına verilməlidir. Lakin bu hadisədə bir neçə məqam var. Birinci məsələ ədliyyə polisinin özünü biabırçı aparmasıdır ki, nəticədə uşaq psixoloji baxımdan gərilib. İkincisi isə budur ki, ailələr öz aralarında danışa bilərlər. Ata da qəddarlıq nümayiş etdirir. Əgər uşaq sənlə yaşamaq istəmirsə, deməli, həftədə bir dəfə, yaxud ayda iki dəfə uşağı görə bilmək üçün bir yol tapıb xalası ilə danışmalısan. Əgər belə olarsa, uşaq da ona öyrəşər. Məhkəmə elə bir qərar çıxarmalı idi ki, uşaq atasına verilsə də bir neçə müddət xalasının yanında qalsın və proses yuxarıda qeyd etdiyim kimi getsin. Bu hadisə ilə bağlı məhkəmə prosesi 5 ildir davam edir. Uşaq 10 yaşına çatanda kiminlə qalmaq istədiyinə özü qərar verir. Qanunda da belədir ki, xala qan qohumu deyil. Əslində bu da qanunundakı boşluqlardan biridir və bundan da istifadə edirlər. Bu cür hadisələr cəmiyyətimizdə tez-tez baş verir. Biz hadisələrlə rastlaşmışıq ki, hətta uşaqları anadan alıb ataya verirlər. Məsələ ilə bağlı yanvarın 9-da həmin ailə ilə görüşəcəyik. Bu insanların çəkişməsi fonunda biz istəyirik ki, Milli Məclisin fikrini qanundakı boşluqlara yönəldək”.
Mövzu ilə bağlı “Yeni Müsavat”a  danışan “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirdi ki, düşmənçilik mühitində deyil, hansısa optimal sülh yolunda bu məsələni həll etmək mümkün idi. 
 
Image result for Nuray
“Bu məsələdə çox rəylər söylənilir və müxtəlif fikirlər var. Birinci məsələ ondan ibarətdir ki, uşağın maraqları və rəyi əsas götürülməlidir. Ancaq məhkəmə qərar çıxardırsa, bu qərar zamanı onun icrasında tələsikliyə yol verilməməlidir. Yəni  münasibəti tənzimləyən vasitəçilər olmalıdır. Anlaşılandır ki, dövlət qulluqçularının bu məsələyə aidiyyəti yoxdur. Belə olan halda məsələyə əlavə resurslar cəlb olunmalıdır. Misal üçün, QHT-lərdəki sosial işçiləri, psixoloqları qeyd etmək olar. Məktəb psixoloqları bu məsələlərdə kifayət qədər bilgiyə malik deyillər. Şəxsən mən hesab edirəm ki, bu məsələdə mütləq şəkildə danışıqlar aparılmalı idi. Düşmənçilik mühitində deyil, hansısa optimal sülh yolunda bu  məsələni həll etmək mümkün idi. Təəssüflər olsun ki, qanun onun icrasını tələb edir. Qanunun icrasında isə əlavə resurslar məsələsi hələ ki gündəmdə deyil. Zaman gələcək bu da olacaq. Çünki bu kimi məsələlər gündəmdə tez-tez ortaya çıxır və xeyli sayda narazılıqlar olur. Kimsə öz narazılığı ilə qanunun icrasına mane ola bilir. Təbii ki, biz, icraçının vəzifə səlahiyyətlərini icra edərkən kifayət qədər etik normalarla davranmasını, ifadə və sözlərinə diqqət yetirməsini əsas gətiririk”.
M.Zeynalova bildirib ki, istənilən qanunu icra edən zaman etik davranış normaları mütləq şəkildə həyata keçirilməlidir: “Hansı ifadələr işlənə bilər və ya bilməz deyə, hüquq mühafizə orqanları üçün bir normalar olmalıdır. Ənənəvi olaraq iş prosesində adi sözlər işlənə bilməz. Təlimlər və digər vasitələrlə bu kimi yenilikləri gətirmək lazımdır. Konkret olaraq Qubada baş verən hadisədə də məsələni kəskinləşdirməmək üçün əlavə resursları mütləq cəlb etmək lazım idi. Bütün məsələlərdə danışıqlarla, problemləri həll etmək olar. Tərəflərin hər ikisinin maraqlarını müəyyənləşdirilib, optimal variant ortaya qoymaq olardı. Təəssüf ki, ictimaiyyətdə atanı müdafiə edənlər və qınayanlar, eyni zamanda uşağı müdafiə, xalanı əmlak üstündə ittiham edənlər kimi bir çox rəylər ortaya çıxdı. Ona görə də bu rəylərin hamısını bir kənara qoyub, tərəflər arasında vəziyyəti qiymətləndirmək lazımdır. Nə baş verir? Real vəziyyət necədir? Niyə qanunu icra edənlər əlavə resursları cəlb etmədilər – kimi ortaya çıxan suallar araşdırılmalıdır. Belə situasiyalarda uşağın müstəqil rəy qəbul etməsi üçün onun mütəxəssislərlə birgə işləməsi vacibdir. Videodan görünür ki, uşaq qəti şəkildə hələ ki xalasının yanında qalmaq istəyir. Bu da təbiidir, çünki uşaq 10 yaşına qədər onun yanında böyüyüb və hesab edir ki, ən yaxşı mühit onun üçün xalasının yanıdır. Bilirik ki, Azərbaycan mühitində belə hallarda ata haqqında kifayət qədər xoşagəlməyən rəylər söylənilir. Xüsusilə də nəzərə alsaq ki, ana rəhmətə gedib, ata evlənib və hansısa səbəblərdən övladla görüşə bilməyib”.
Image result for Mehriban Zeynalova
M.Zeynalova vurğulayıb ki, bütün faktlar bir yerə toplanmalı və uyğun addımlar atılmalıdır: “Təəssüf ki, biz emosional vəziyyətimizdən irəli çıxan addımlar atırıq. Ancaq biz bir ildən sonra Nurayın vəziyyəti ilə bağlı qiymətləndirməni nəzərə almırıq. Şəxsən hesab edirdim ki, bu məsələdə xala əmlakı Nurayın adına keçirməli və 18 yaşından sonra həmin əmlaka sahib olması haqqında düşünməli idi. Lakin bu barədə müzakirə getmir. Yəni burada çoxlu situasiyalar var. Ona görə də üz-üzə görüşmək, danışıqlar aparmaq lazımdır. Bu danışıqlar isə birdəfəlik ola bilməz. Çünki bir danışıq məsələni həll etmir. Ən azı 1 ay ərzində tərəflər arasındakı münasibətləri qiymətləndirmək və məhkəmə qərarının icrasında optimal bir varianta gəlmək lazımdır. Qanun deyir ki, qəyyum atadır.
Image result for Nuray
Ana olmadığı halda uşağın yeganə qəyyumu atası hesab olunur. Lakin qəyyumun bu hüququndan istifadə etməsi üçün mühit necə olub? Ola bilər ki, illərlə məhkəməyə vermək olsun, ancaq bu mühiti formalaşdırmaq olmasın. Burada uşaq taleyindən söhbət gedir. Çoxlu adamlar ortaya çıxdılar, ürəkləri yandı, gedib uşaqla görüşdülər. Ancaq 1 həftədən sonra bu olmayacaq və bu zaman Nurayla bağlı kifayət qədər işlər görmək lazımdır. Emosiyalar səngidikdən sonra peşəkar yanaşma ortaya qoyulmalıdır”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın