Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “10 milyon versəniz də, Azərbaycanda qalmayacam” – Prosineçki

“10 milyon versəniz də, Azərbaycanda qalmayacam” – Prosineçki

Türkiyənin “bursa.com” saytı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki haqqında maraqlı məlumat yayıb. “ Azinforum.az ” xəbər verir ki, yazıda xorvatiyalı çalışdırıcının AFFA rəhbərliyinə etiraz edərək yığmamızdan getmək istədiyini bildirib. 

O, 10 milyon versəniz də, millidə qalmayacağam deyərək “Bursaspor”a keçmək israrlı olduğunu deyib: “Mən “Bursaspor”a getmək istəyirəm. 10 milyon avro versəniz də, qalmayacam. Məni burda zorla tua bilməzsiniz. Ailəm də Bakıda qalmaq istəmir”.

Saatlarla sürən söhbətdən sonra AFFA rəhbərliyi Prosineçkinin istəyini qəbul etməyib. Ona yalnız cari ilin sonunda müqaviləsi bitdikdən sonra gedə biləcəyi söylənilib.

“Bursaspor” prezidenti Ali Ay da Prosineçkidən müsbət cavab ala bilmədiklərini deyib: “Saat 15:00-a qədər vaxt verdik. Ancaq müsbtə cavab gəlmədi. Biz də artıq başqa məşqçi axtarırıq. Əlimizdən başqa məşqçilər var”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın