Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “008” maşın nömrəsi ona 40 minə başa gəldi

“008” maşın nömrəsi ona 40 minə başa gəldi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Babayev və Ceyhun Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.

Təqsirləndirilənlərdən A.Babayev barəsində həbs-qətimkan tədbiri, C.Mirzəyev isə polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib.

Təqsirləndirilən A.Babayev zərərçəkmiş Şahin Əliyevin epizodu üzrə ifadə verib. O, bu işdə özünü qismən təqsirli bildiyini deyib: “Mən Şahin Əliyev üçün Asif Əsgərov vasitəsilə “008” sonluqlu maşın nömrəsi aldım. Şahin 8500 dollar verdi. Ödəniş olandan sonra Asifə nə qədər zəng etdim, açmadı. Nömrəni onun salonundan götürüb verəcəkdik. O iş alınmadı.

Sonra bunun əvəzində Şahinə maşın təklif etdik. Asif salonundan “BMW X5″ gətirdi. Razılaşdıq ki, Şahin 10 min dollar da verəcək. O pulu da Asif Şahindən əlbəəl aldı. Asif dedi maşının 3 min dollar krediti var. Onu mən ödəyəcəkdim. Amma alınmadı. Notariusda maşını addan ada keçirəndə bəlli oldu ki, kredit 20 min dollar imiş. Şahin istəmədi, maşın mənim üstümdə qaldı. Əvəzində Şahinə 25 min manatlıq torpaq verdim. Mən istintaqda fərqli ifadə vermişəm, müstəntiq başqa şey yazıb. Şahin Əliyevə ümumi 27990 dollar ziyan dəyib”.

Zərərçəkən Şahin Əliyev başına gələnlərlə bağlı danışıb, oxşar ifadə verib və A.Babayevin hər şeyi düzgün danışdığını deyib.

Azər Babayev də deyib ki, E.Güləliyevə satılan maşının banka borcunun 12 min dollar olduğunu bilib.

Məhkəmə prosesi iyunun 22-də davam etdiriləcək.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın