Ana səhifə / Siyasət / Əvəz Ələkbərovunda elmi işi plaqiatdır?– İTTİHAM

Əvəz Ələkbərovunda elmi işi plaqiatdır?– İTTİHAM

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində 3 kafedranın birləşməsindən yaradılmış maliyyə kafedrasına gözlənilməz təyinat olub.. Belə ki, əvvəlcədən rektorla görüş olacağı bəhanəsi ilə iclas zalına dəvət edilən hər 3 kafedranın müəllim və professorları qəflətən rektor Ədalət Muradovun yanında keçmiş maliyyə naziri Əvəz Ələkbərovu görüblər… Mənbə bildirir ki, “Əvvəlcə heç nə anlamayan iclas iştirakçıları birdən rektorun ayağa qalxaraq Əvəz Ələkbərovun birləşmiş Maliyyə Kafedrasına müdir təyin olunduğunu elan edib… Bu qəfləti təyinatdan şoka düşən professor və müəllimlər universitetdə qanun və qaydalarla keçirilməli (2 aylıq müvəqqəti təyinat və tanıtma ilə seçki) olan bu təyinata heç bir aidiyyatı olmayan Əvəz Ələkbərovun belə bir starateji kafedraya rəhbər təyinatına etiraz ediblər…”.

Rektor Ədalət Muradovun qanunsuz hərəkətinə qarşı üsyan?

Mənbə əlavə edir ki, “…Bu zaman, hətta rektor Ədalət Muradovun yaxın adamlarından olan professor Mirələm Həsənli, ardınca isə daha bir neçə professor qanunlara riayət etməyi, ən azından nazir Mikayıl Cabbarovun kafedra müdirlərinin təyinatı barədə əmrini xatırladıb, bu sənədə əməl etməyi bildiriblər… Lakin bundan qəzəblənən rektor özünü itirib… Bildirib ki, iradları yazılı təqdim etsinlər…”.
Aldığımız digər bir məlumata görə isə, əslində, rektor Ədalət Muradov vəzifəsi ilə vidalaşma ərəfəsindədir. Onun başqa sahəyə göndəriləcəyi və yerinə keçmiş maliyyə naziri Əvəz Ələkbərovun gətiriləcəyi gözlənilir. Bu səbəbdən də Ə.Ələkbərovun bu günkü təyinatı onun gələcəkdə rektor təyinatına doğru ən dərin düşünülmüş bir addımdır… Mənbə onu da bildirir ki, rektor Ədalət Muradov neçə gündür ki, Əvəz Ələkbərovu təbliğ etməklə məşğul imiş. Məsələn, rektor onu dünən Qubada keçirilən bir tədbirə (???) aparıb və “Lider-TV”də çəkilişini də təşkil edib…

Doktorluq işi plagiat olan kafedra müdiri???

Əgər xatırlayırsınızsa, AMEA-nın İqtisadiyyat İnstitutunun sabiq direktoru, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradovun “Təzadlar”ın ötən sayında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevə ünvanlı müraciəti dərc olunmuşdu. “Ziyad Səmədzadə milli təhlükəsizlik naziri Eldar Mahmudovun adından necə istifadə edirmiş?-3-cü YAZI” başlıqlı məqalə-müraciətdə Şahbaz Muradov yazırdı: “Hörmətli Ramiz müəllim! akademik Z.Səmədzadənin 1-ci rəsmi opponenti olduğu bir məmurun doktorluq dissertasiya işi üzrə yalnız bizim institutda fəaliyyət göstərən Dissertasiya Şurasının hüququ olduğu halda, həmin dissertasiya işinin müdafiəsi üçün ADNA-da Birdəfəlik Dissertasiya Şurası yaradılmış (onun şifrəsi düzgün müəyyən edilmədən) və qeyd edilən dissertasiya işinin müdafiəsi həmin şurada həyat keçirilmiş, sabiq maliyyə naziri Əvəz Ələkbərovun iki şifrə üzrə (iqtisadi nəzəriyyə və maliyyə ixtisasları üzrə) müdafiəyə təqdim etdiyi doktorluq dissertasiya işi AAK-sı tərəfindən müdafiəsinin təşkili üçün bizim institutun Dissertasiya Şurasına göndərilmiş və müdafiəsi ərəfəsində həmin iş yenidən baxılarkən onda çoxlu plagiat halları və nöqsanlar aşkara çıxarılmışdır. Bundan xəbər tutan Əvəz Ələkbərov ak. Z.Səmədzadənin təklifi və köməkliyi ilə öz dissertasiya işini geri götürmüş və AAK-sı tərəfindən həmin dissertasiya işinin mövzusu ilə heç bir əlaqəsi olmayan Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili Elmi-Tədqiqat İnstitutunda ak. Z.Səmədzadənin sədrliyi ilə yaradılmış(?) Birdəfəlik Dissertasiya Şurasında müdafiə etmişdir…”.

“Təzadlar” AAK-a Əvəz Ələkbərovun plagiat elan olunmuş doktorluq işi ilə bağlı rəsmi sorğu göndərib…

Bunlar bir daha göstərir ki, əvvəlcə tələm-tələsik kafedra müdiri təyin edilən, sonradan universitetə rektor gətiriləcəyi planlaşdırılan Əvəz Ələkbərovun doktorluq elmi işi plagiatdır və ləğv edilə bilər. Bunun üçün müvafiq qanunvericilik tələbləri var ki, bu günkü kafedra müdiri təyinatına etiraz edən bir qrup professor və müəllimlər Prezident İlham Əliyevə müraciət qəbul ediblər…
-Bəs Əvəz Ələkbərovun qanunsuz olaraq kafedra müdiri təyinatına etiraz edən professorlar Prezident İlham Əliyevə müraciətlərində nələri yazıblar?
-Əvəz Ələkbərovun plagiat elan edilmiş doktorluq işinin Ziyad Səmədzadəyə nə dərəcədə aidiyyatı var?
-İqtisad Universitetinin rektoru Ədalət Muradovu qanunsuz addım ataraq universitetə aidiyyatı olmayan Əvəz Ələkbərovu kafedra müdiri təyin etməsinə nə və kim məcbur etmişdir?

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın