Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ətin qiyməti qalxıb? – Nazirlikdən açıqlama

Ətin qiyməti qalxıb? – Nazirlikdən açıqlama

Son günlər Bakıda ətin qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bununla bağlı AzVision.az -a açıqlamasında bildirib ki, ətin qiymətində ciddi bahalaşma müşahidə edilmir.

“Mal əti hər yerdə 7-8 manata, quzu əti isə 8-9 manata alıcılara təklif olunur”-deyə nazirlik rəsmisi vurğulayıb.

M.Hacıyevn sözlərinə görə, ətin qiymətində cuzi artım ola bilər. Bu da bazarda tələb və təkliflə bağlıdır: “Amma bizə rəsmi şəkildə ətin qiymətinin artması haqqında məlumat daxil olmayıb. Bir daha qeyd edirəm ki, mövsümlə və tələb-təkliflə bağlı olaraq bazarlarda ətin qiymətində cuzi qiymət artımı ola bilər. Məsələn, biz bunu yumurtanın qiymətində də hiss edirik. 16 qəpiyə satılan yumurta bir ara 9 qəpiyə qədər düşmüşdü”.

M.Hacıyev qeyd edib ki, ətin qiymətinin qalxmasına yem məhsullarının bahalaşmasının heç bir təsiri yoxdur.

Qeyd edək ki, sakinlərin bildirdiyinə görə, ətin qiymətində 50 qəpik – 1 manat arası bahalaşma hiss olunur.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın