Ana səhifə / Siyasət / “Əslində, Rusiyanın özü denazifikasiya olunmalıdır…”- Etibar Məmmədov

“Əslində, Rusiyanın özü denazifikasiya olunmalıdır…”- Etibar Məmmədov

“Denazifikasiya” dedikdə Rusiya açıq şəkildə ukrayın xalqını və dövlətini yox etmək məqsədi nəzərdə tutulur. Amma əslində Rusiyanın özü denazifikasiya olunmalıdır. Çünki bütün dünya üçün təhlükə yaratması artıq göz qabağındadır”. 
 
Bu fikirləri AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az əməkdaşının “Putinin Ukraynadakı denazifikasiya siyasətinin mahiyyətini necə açıqlayardınız?” sualını cavablandırarkən söyləyib.
 
“Bu saat əsl nasist, irqçi dövlətə Rusiya özü çevrilib. Bu saat həmin dövlət açıq şəkildə faşist siyasəti aparır. 

Məsələn, Kremlin baş təbliğatçılarından biri  olan Solovyov dünənki çıxışında bəyan etdi ki, Rusiyanın bütün sərhədləri boyu “təhlükəsizlik zolağı” yaradılmalıdır. Buradan anlaşılır ki, Rusiya tarix boyu etdiyini yenə təkrarlamağı qarşısına məqsəd qoyub. Yəni bu ölkənin başında duranlar daim ərazilərini genişlətmək istəyəndə deyiblər ki, yanımızdakı dövlət bizim üçün təhlükə yaratdığından təhlükəsizlik zolağı yaratmalıyıq və sonra da həmin əraziləri işğal edib öz dövlətinə qatıblar.  

İndi də “bütün sərhədləri boyu təhlükəsizlik zolağı” o deməkdir ki, Rusiyanın həmsərhəd olan bütün dövlətləri işğal edərək öz ərazisinə qatmaq və həmin xalqları özünə tabe etmək niyyətindədir. Və bu, artıq bütün dünyaya meydan oxumaqdır, XX əsrin 30-40-cı illərində nasist Almaniyasının apardığı siyasətin XXI əsrdə davamıdır. 

Ona görə də bütün dünya birləşib əsl denazifikasiya və demilitarizasiyanı, yəni həm də tərksilah olunmağı Rusiyaya qarşı tətbiq etməlidir” –deyə açıqlamasının ardında partiya lideri vurğulayıb.

Həmçinin oxuyun

Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı – ETİRAZ

Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu gün Xarici İşlər Nazirliyinə dəvət edilib. Azinforum.az xəbər verir ki, …