Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Siyasət / “Əsl müharibədən fərqli olaraq adi səngərlər də var, VİP səngərlər də…”

“Əsl müharibədən fərqli olaraq adi səngərlər də var, VİP səngərlər də…”

Koronavirusla üz-üzə. Sanki hamı müharubədə, həm də ön cəbhədədir. Atəşin nə zaman, haradan, hansı çaplı silahdan açılacağını bilmirsən. Evlərimiz səngərə çevrilib.Əsl müharibədən fərqli olaraq adi səngərlər də var, VİP səngərlər də. Olsun! Hamı yaşamaq istəyir. Həyat yaşamaq uğrunda mübarizə aparmağı bacaranların nəsibidir.
P.S. Kədərli gündür. Koronavirus Budapeştdəki diplomatik korpusdan ilk qurbanını apardı. Böyük Britaniya səfirliyinin müşaviri (səfirin müavini) Steven Dick 37 yaşında COVİD-19 diaqnozu ilə həyatını itirdi. Adam diplomat kimi çalışdığı Əfqanıstanda, Suriyada ucuz ölümdən qurtarıb bir ay əvvələ qədər “dolçe vita”-nın məskəni sayılan Budapeştdə əcələ can verdi…
Vilayət Quliyev, Azərbaycanın Macarıstandakı keçmiş səfiri

Həmçinin oxuyun

İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar – TƏHLİL

Mayın 10-da Prezident İlham Əliyevin iş qrafiki kifayət qədər gərgin idi, ölkə başçısının həm Naxçıvan …