Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / “Əsgərlərimizə gücü çatmayan düşmən, ağaclarımıza “güc nümayiş etdirir””

“Əsgərlərimizə gücü çatmayan düşmən, ağaclarımıza “güc nümayiş etdirir””

Artıq bir neçə gündür ki, erməni işğalçıları kimyəvi məhlullardan istifadə etməklə Şuşa meşələrində yanğınlar törətməkdədir. Nadir ağac və kol bitkilərinə, zəngin flora və faunaya malik Şuşa meşələrindəki bu yanğın haqlı olaraq Ermənistanın ekoloji terror siyasətinin yeni bir nümunəsi hesab edilməkdə, ümumbəşəri sərvətlərin amansızcasına məhvi kimi xarakterizə edilməkdədir.

Ermənilərin məhz indiki məqamda Şuşa meşələrini yandırması, düşmənin bu torpaqları tərk etmək məcburiyyətində qaldığını dərk etməsi, elə bu səbəbdən də meşələrə od vurmaqla edə biləcəyi son pisliyi də etmək istəyi kimi qiymətləndirilə bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov bu qənaəti bölüşdüyünü qeyd etdi:

“Şuşa meşələrinin yandırılması erməni xislətinin nə qədər qorxunc və dəyişməz olduğunu göstərir. Işğaldan azad edilən rayonlarımızda aparılan ilkin müşahidələr göstərir ki, ermənilər bunca illər ərzində mədəni-tarixi abidələrimizi söküb aparıb və ya yararsız vəziyyətə salıblar. Bəzi tarixi abidələrin üzərində bəzi dəyişikliklər edərək Ermənistan ərazisində müxtəlif yerlərdə yerləşdiriblər və bunları qədim erməni abidələri kimi təqdim etməyə çalışırlar. Nadir ağac və kol bitkilərini məhv edən ermənilər, tərk etmək məcburiyyətində qaldıqları yerlərdə yanğınlar, dağıntılar törədir, orada viranəliklər yaradırlar.

Ermənilər yaxşı başa düşür ki, Şuşanı da, Xankəndini də işğalda saxlaya bilməyəcklər və Azərbaycan ordusu bu şəhərləri də azad edəcək. Ona görə də onlar Şuşa meşələrində yanğınlar törədir, bu yerləri tərk etmək ərəfəsində son pisliklərini etmək, son ziyanlarını vurmaq istəyirlər. Ordumuza gücü çatmayan düşmən ağaclara qarşı “güc nümayiş etdirir”.

Inşallah, Azərbaycan yaxın günlərdə Şuşanı və digər yaşayış məntəqələrini də azad edəcək, bununla da dövlətimizin ərazi bütövlüyü tam şəkildə təmin olunacaq”.

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …