Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / Əsgər Xanəli Fəttayev necə ölüb? – Rəsmi

Əsgər Xanəli Fəttayev necə ölüb? – Rəsmi

Müdafiə Nazirliyi ölən əsgərlə bağlı məlumat yaydı və xəbərdarlıq etdi

Müdafiə Nazirliyi cəbhə xəttində ölən əsgərlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, yanvarın 29-da sosial şəbəkələrdə və bəzi yerli elektron informasiya resurslarında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Bildiririk ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub. İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır”.

Nazirlik eyni zamanda sosial şəbəkə istifadəçilərini və elektron kütləvi informasiya vasitələrini Silahlı Qüvvələrin fəaliyyəti, xüsusilə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdar edib.

Əsgər Xanəli Fəttayev necə ölüb?

Həmçinin oxuyun

“Qəhrəman əsgərlərimizin son qələbəyə imza atacaqları tarixi gün uzaqda deyil” – Afsəddin Nəbiyev

“Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır”. Bunu Prezident İlham …

Bir cavab yazın