Ana səhifə / Siyasət / Əri qardaşı qızıyla qaçan qadından ŞOK ADDIM

Əri qardaşı qızıyla qaçan qadından ŞOK ADDIM

Həyat yoldaşının qardaşı qızıyla qaçdığını deyən Həmidə Səfərova atası evindən çıxıb.

Bu barədə Ölkə.az-ın əməkdaşına H.Səfərova özü məlumat verib. Müxbirin “bu cür qarşılıqlı ittihamlardan sonra ora qayıtmağınız təhlükəli deyilmi” sualını Səfərova belə cavablandırıb:

“Hazırda yoldayam, Gəncəyə-evimə gedirəm. Vəziyyətim çox ağırdır, üçüncü övladımın səhhətində problemlər var. Yoldaşım ortaya çıxsın, övladlarına sahib dursun, ya da aliment ödəsin. Evdən çıxanda ailəmə də demişəm ki, telefonuma zəng çatmasa, bilin ki orada məni öldürüblər. Hər şeyə hazıram və bilirəm ki, məni öldürə də bilərlər. Ancaq aidiyyatı qurum rəhbərlərindən xahiş edirəm, aliment almağımda, digər məsələlərdə mənə yardımçı olsunlar”.

Qeyd edək ki, Həmidə Səfərova əri Həsən Səfərovun ona öz qardaşı qızı Günel Səfərova ilə xəyanət etdiyini və qoşulub qaçdığını bildirmişdi. Həsən Səfərov isə həyat yoldaşının iddialarını təkzib etmiş və yoldaşının ona başqalarıyla xəyanət etdiyini iddia etmişdi.

Həmçinin oxuyun

Musa Musayevdən Fəzail Ağamalıya sərt cavab…

“Bəzi təxribatçı ünsürlər yazırlar ki, mən Ramiz Mehdiyevi müdafiə edirəm”.Azinforum.az bildirir ki, bunu hakim Yeni …

Bir cavab yazın