Şənbə , İyul 20 2019
Ana səhifə / Siyasət / Ərdoğanın tərəfdarlarından jurnalistə hədə: “Əsgərlərdən sonra növbə sizə çatacaq”

Ərdoğanın tərəfdarlarından jurnalistə hədə: “Əsgərlərdən sonra növbə sizə çatacaq”

İyulun 15-nə keçən gecə Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdi zamanı İstanbulun Boğaziçi körpüsü üzərində təslim olan əsgərlərin Ərdoğanı dəstəkləyən radikal islamçı fanatiklər tərəfindən linç edilməsini çəkən jurnalisti öldürmək istəyiblər.

Virtualaz.org xəbər verir ki, əsgərlərin bir çoxu saqqalı, geyimlərindən İŞİD-çilərə oxşayan radikllar tərəfindən linç edilməsi “Hürriyet” qəzetinin müxbiri Selcuk Şamiloğlunun sayəsində mətbuatda yayılıb.

Jurnalist həmin gecə baş verənləri belə nəql edir: “Saat 05.30-06.00 radələri idi. Əsgərlərin Boğaziçi körpüsündə hələ atışmaya davam etdiyini eşidəndə mən də ora getdim. Lakin ora çatanda qəzəbli kütlə ilə qarşılaşdım. Əsgərlər artıq təslim olmuşdu, polis onları avtobuslara mindirmişdi. Əsgərlərin bir hissəsinin “Kobra” tipli zirehli avtomobilin içərisində olduğunu gördüm. Bu vaxt kütlə polis avtobuslarına hücum edib əsgərləri çölə çıxarmağa başladı. “Bunları bizə verin, vətən xainlərini öldürəcəyik” deyirdilər. Əsgərləri yerə yıxıb döyür, təpikləyirdilər.

Əsgərlərin linç edilməsini çəkirdim. Bu zaman kütlədən biri mənə tərəf gəldi, “Sən kimsən?” deyə soruşdu. Jurnalist olduğumu bildirdim, fotoaparatımı göstərdim. Əlimdən fotoaparatı çəkib aldı, vurmağa başladı. Ardınca qalanlar da mənə hücum etdi. Jurnalist olduğumu biləndən sonra daha çox vurmağa başladılar. “Əsgərlərdən sonra növbə sizə çatacaq” dedilər. Kütlədən bəziləri “bunu körpüdən ataq” deyirdi. Başladılar məni sürüməyə, bu vaxt kütlənin əsgərlərdən birini linç etdiyini gördülər, məni buraxıb əsgəri linç etməyə getdilər. Polislərdən biri məni yaxınlıqdan keçən yük maşınına mindirdi, “bunu apar, yoxsa öldürəcəklər” dedi”.

Xatırladaq ki, əsgərlərin linç edilməsi kadrlarını yayan “Hürriyət” qəzetinin redaksiyası Ərdoğanın tərəfdarlarının hücumuna məruz qalıb, redaksiyaya basqın edənlər jurnalistləri döyüblər.

Həmçinin oxuyun

Sabiq nazirdən barəsindəki iddiaya reaksiya: “İndi seçki yoxdur ki, mənim də fikrim ya ola, ya da…”

Bu gün ölkə KİV-ləri sabiq nazirlərdən bəzilərinin Milli Məclisə növbəti seçkilərdə deputatlığa namizəd olacaqları barədə …

Bir cavab yazın